Asılı şəxsiyyət pozuntusu

   Asılı şəxsiyyət pozuntusu, özünə qarşı acizlik/qeyri-adekvatlıq hissinin və başqalarının güclü və bacarıqlı olduğuna inamın altında yatan, münasibət davranışlarına təsir edən şəxsiyyət pozuntusudur. İnsan başqaları tərəfindən qayğıya ehtiyacı olduğuna inanır və tək qalmaqdan son dərəcə qorxur. Tək qalmamaq üçün münasibətlərində itaətkar və bəzən yapışqan davranışlar nümayiş etdirə bilər. Asılı şəxsiyyət pozuntusu digər şəxsiyyət pozuntularına (məsələn, borderline şəxsiyyət pozuntusu, histrionik şəxsiyyət pozuntusu, paranoid şəxsiyyət pozuntusu) nisbətən daha az diqqət yetirilsə də, tədqiqatlar göstərir ki, əhalinin hər 100 nəfərindən 1-3-də asılı şəxsiyyət pozuntusu var.

    Asılı şəxsiyyət pozuntusunun səbəbləri hansılardır ?
  Asılı şəxsiyyət pozuntusunun səbəbi tam bilinməsə də, tədqiqatlar insanların genetik mənşəyi, ətraf mühit və inkişaf xüsusiyyətlərindən asılı olaraq bir neçə təşviq edici faktoru təklif edir. Onlardan bəziləri bunlardır :
-Uşaqlıq dövründə travma və ya uşaqlıq dövründə şifahi, psixoloji və ya fiziki zorakılıq
-Keçmişdə qeyri-sağlam, təhqiramiz münasibətlərin olması
-Narahat bağlanma tərzi
-Həddindən artıq qoruyucu bir ailə mühitində böyümək
-Uşaqlıqda ayrılıq narahatlığı diaqnozunun qoyulması 
-Ailədə anksiyete pozuntusu və ya şəxsiyyət pozuntusu olması
-Nüfuzlu şəxslərin əhəmiyyətini vurğulayan bir mühitdə (dini, mədəni, ailəvi) böyümək

  Asılı şəxsiyyət pozuntusunun əlamətləri hansılardır ?
  Asılı şəxsiyyət pozuntusunda insan tək qalmaq qorxusu, çarəsizlik, gündəlik ehtiyaclarını qarşılaya bilməmək, hətta sadə qərarlar verməkdə çətinlik çəkmək kimi əlamətlər yaşayır. Bu şəxslər sosial münasibətlərdə zəifdirlər və digər insanlardan asılıdırlar və həddindən artıq yapışqan davranışlar nümayiş etdirirlər. Asılı şəxsiyyət pozuntusu olan insanlarda görülə biləcək simptomlar aşağıdakılardır:
-Tərk edilmək və tək qalmaq qorxusu
-Çarəsizlik, yorğunluq
-Gündəlik ehtiyacları ödəyə bilməmək
-Sadə qərarlar qəbul etməkdə çətinlik
-Daim başqalarından məsləhət almaq
-Passiv davranışlar
-Sosial münasibətlərdə zəiflik
-Tənqidlərə qarşı yüksək həssaslıq

  Borderline  və asılı şəxsiyyət pozuntusu arasındakı fərq nədir ?
  Borderline şəxsiyyət pozuntusunda, insan tərk edilmək və ya tək qalmaq qorxusuna qəzəb hissi ilə reaksiya verir. Asılı şəxsiyyət pozuntusunda insan qorxuya təslimliklə cavab verir və asılılığını saxlamaq üçün başqa insanlara ehtiyac duyur.

   Asılı şəxsiyyət pozuntusu necə müalicə olunur ?
  Asılı şəxsiyyət pozuntusu olan insanlar bu pozuntunu tanımaqda və qəbul etməkdə çətinlik çəkdikləri üçün bu proses zamanı müalicə asan olmaya bilər. Müalicə adətən psixoterapiya və dərmanlardan ibarətdir. Psixoterapiyanın məqsədi insana düşüncələri və davranışları ilə bağlı narahatlıq və qorxularını üzə çıxarmağa kömək etməkdir. Bundan əlavə, psixoterapiya insana ətrafı ilə daha müsbət münasibət qurmağa kömək edir.
Dərman müalicəsində ümumiyyətlə depressiya və narahatlıq dərmanları istifadə olunur. Asılı şəxsiyyət pozğunluğunu müalicə etmək üçün xüsusi bir dərman olmadığı üçün depressiya dərmanları bu prosesdə şəxsiyyət pozuntusunun təsirlərini azaltmaqda faydalı ola bilər.

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)