Antisosial şəxsiyyət pozuntusu

   Antisosial şəxsiyyət pozuntusu: Psixi sağlamlığı narahat edən şəxsiyyət pozuntularından biridir. Şəxsiyyət pozuntuları insanın düşüncə tərzinə və davranışına təsir göstərir. Antisosial şəxsiyyət pozuntusu olan insanlar çox vaxt başqalarına qarşı davranışlarının normal olduğunu düşünürlər. Ancaq bu insanlar çox vaxt ətrafdakı insanlara qarşı hörmətsizlik edə, onları əsəbiləşdirən və qəzəbləndirən davranışlar göstərə bilərlər. Antisosial şəxsiyyət pozuntusu, fərdin sosial qaydalara məhəl qoymaması və başqalarının hüquq və hisslərinə məhəl qoymaması ilə əlaqəli şəxsiyyət pozuntununun bir növüdür. Antisosial şəxsiyyət pozuntusu olan şəxslərin davranışları impulsiv, aqressiv və manipulyasiya xarakterlidir. Bu cür pozuntular uşaqlıq və yeniyetməlik dövründə üsyankar və aqressiv münasibət kimi özünü göstərə bilər. Müalicəsində psixoterapiya üsullarından və bəzi dərmanlardan istifadə edilir. Şəxsiyyət pozuntuları bir insanın düşüncə tərzinə və davranışına təsir göstərir. Antisosial şəxsiyyət pozuntusu insanların davranışlarına təsir edərək, onların sosial normalara uyğunlaşmamasına səbəb olur.

   Antisosial şəxsiyyət pozuntusunun yaranma səbəbi nədir?
 Antisosial şəxsiyyət pozuntusunun səbəbləri aşağıdakı kimi ümumiləşdirilə bilər:
 Genetika: Antisosoial şəxsiyyət pozuntusu ilə birinci dərəcəli qohumu olan birinin pozuntunu yaşama ehtimalının daha yüksək olduğunu göstərən bir çox araşdırma var. Xüsusilə genetik meyl ətraf mühit faktorları ilə birləşdirildikdə pozuntunun spektri pisləşə bilər. Bundan əlavə, alkoqolizm və sosiopatiya kimi genetik cəhətdən fərqli psixi pozuntular da antisosial şəxsiyyət pozuntusuna meyl yarada bilər.
 Ətraf mühit faktorları: Bir çox tədqiqatda uşaqlıqda sui-istifadə və bunun nəticəsində yaranan travma antisosial şəxsiyyət pozuntusu ilə əlaqələndirilmişdir. Qaydalara məhəl qoyulmayan və zorakılığın tətbiq olunduğu kobud ailədə böyüyən uşaq bu davranışları normallaşdıra bilər. Özünümüdafiə mexanizmləri zamanla antisosial şəxsiyyət pozuntusuna çevrilə bilər.
Beyin funksiyalarında dəyişikliklər: Qəza sonrası beyin zədələnməsinin və ya ana bətnində inkişaf zamanı yaşanan dəyişikliklərin antisosial şəxsiyyət pozuntusuna səbəb ola biləcəyi müşahidə edilmişdir. Xüsusilə beynin planlaşdırma və mühakimə mərkəzi olan frontal lobun rolundaki fərqlər bu problemə səbəb ola bilər.
Antisosial şəxsiyyət pozuntusunun səbəbi tam olaraq bilinməsə də, bu mövzuda aparılan araşdırmalar bəzi amillərin təsirli olduğunu göstərir. Bu tip pozuntuya səbəb olduğu düşünülən risk faktorlarına aşağıdakılar daxildir: Genetik faktorlar, hormonal pozuntular, ətraf mühit faktorları və travmalar ola bilər.
 
  Antisosial şəxsiyyət pozuntusunun əlamətləri hansılardır?
 Antisosial şəxsiyyət pozuntusu olan insanlar çox vaxt fərqli davranış xüsusiyyətlərinə malikdirlər. Bu xüsusiyyətlərə tez-tez hüquqi problemlər, yalan danışmaq, başqalarını manipulyasiya etmək, impulsiv davranış və məsuliyyətdən qaçmaq daxildir. Bundan əlavə, bu insanlarda aşağı qəzəb həddi , aqressivlik və düşmənçilik əlamətləri tez-tez müşahidə olunur .Antisosial şəxsiyyət pozuntusu diaqnozu adətən psixiatr və ya klinik psixoloq tərəfindən qoyulur və müəyyən simptomların olması müşahidə edilir.Antisosial şəxsiyyət pozuntusu olan böyüklər adətən 15 yaşından əvvəl davranış pozuntusunun əlamətlərini göstərirlər. Antisosial şəxsiyyət pozuntusu olan insanlarda aşağıdakı davranışlar müşahidə edilə bilər:
-Doğru ilə yanlışı görməzdən gəlmək
-Başqalarının hüquqlarını istismar etmək, manipulyasiya etmək və ya pozmağa cəhd etmək
-Heyvanlara qarşı amansızlıqla məşğul olmaq və yanğın törətmək
-Qanunu pozmağa əhəmiyyət verməmək
-Qəzəbini cilovlaya bilməmək
-Məsuliyyətsiz və diqqətsiz davranaraq, ictimai həyata əhəmiyyət verməmək
-Özünü günahkar hiss etməmək və səhvlərdən dərs almamaq
-Uzunmüddətli əlaqələri davam etdirməkdə çətinlik çəkmək
-Həyatındakı problemlərə görə daim başqalarını günahlandırmaq
-Başqalarından faydalanmaq üçün yalan danışmaq
-Başqalarına qarşı həssas və hörmətli olmamaq
-Cazibədarlıq və ya zəkadan şəxsi mənfəət, zövq və ya başqalarını manipulyasiya etmək üçün istifadə etmək
-Üstünlük hissinə sahib olmaq və son dərəcə inadkar olmaq
-Cinayət davranışı da daxil olmaqla qanunla problem yaşamaq
-Təcavüzkar olmaq və ya başqalarını təhdid etmək.
-Başqalarına zərər verməkdə özünü günahkar hiss etməmək
-Özünün və ya başqalarının təhlükəsizliyini nəzərə almadan təhlükəli işlər görmək
-Məsuliyyətsiz olmaq və iş və ya maliyyə öhdəliklərini yerinə yetirməmək
Antisosyal şəxsiyyət pozuntusu olan insanlarda spirt və maddə istifadəsi/asılılığı yüksəkdir. Antisosial şəxsiyyətlərdə intihar cəhdləri və ölümlə nəticələnən intiharlar da normaldan yüksəkdir. Antisosial şəxsiyyət pozuntusunun risk faktorları aşağıdakılardır:
- Ətrafda və ailədə ciddi münasibətlər və ya evlilik problemləri
-Sosial-iqtisadi vəziyyət
-Böyük bir ailədə böyümək
-Cinayətkar ata fiquru
-Ana, ata və ya qardaşlarda psixi problemlər
-Uşaqlıq Diqqət Əskikliyi Hiperaktivlik Pozuntusu 
 
  Antisosial şəxsiyyət pozuntusunun DSM-5 diaqnostik meyarları hansılardır ?
 Antisosial şəxsiyyət pozuntusu ilə əlaqəli davranışlar adətən uşaqlıqda başlayır, lakin 18 yaşına qədər diaqnoz qoyulmur. Davranış pozuntuları 18 yaşından əvvəl müəyyən edilə bilər. DSM-5-ə görə, diaqnoz qoyulması üçün şəxs 15 yaşına qədər başqalarının hüquqlarını görməməzliyə vurmuş və qaydaları pozmuş olmalıdır. Bundan əlavə, diaqnoz üçün bu davranış pozuntusu şizofreniya və ya bipolyar pozuntu  səbəbindən baş verməməlidir. Bundan əlavə, diaqnostik meyarlar aşağıdakılardır:
-Qanuna tabe olmamaq və təkrar həbs
-Yalan danışmağı vərdiş halına gətirmək, ləqəblərlə, yalan hekayələrlə insanları aldatmaq
-Ehtiyatsız davranış nümayiş etdirmək
-Aqressivlik və tez-tez döyüşlər
-Özünün və başqalarının təhlükəsizliyinə məhəl qoymamaq
-Məsuliyyətsiz davranış, öz vəzifəsini yerinə yetirməmək
-Etdiklərindən peşman olma
 
   Antisosial şəxsiyyət pozuntusu olan şəxs necə davranır ?
 Antisosial şəxsiyyət pozuntusunda xəstələr sosial qaydalara tabe olmur və onlara məhəl qoymurlar. Başqaları ilə münasibət qurmaqda və bağlılıqda zəifdirlər. Onlar məyusluğa qarşı aşağı dözümlüdürlər və tez-tez impulsiv və ya aqressiv davranırlar. Onlar az və ya heç bir günah hiss etmirlər və sosial cəhətdən öyrənə bilmirlər. Onlar tez-tez öz davranışları üçün səthi izahat verirlər və başqalarını haqsız yerə günahlandırmağa meyllidirlər.
 
   Antisosial şəxsiyyət pozuntusu necə müalicə olunur ?
 Diaqnoz qoyulması üçün şəxsin ən azı 18 yaşı olmalıdır. 15 yaşından əvvəl davranış pozuntusuna dair sübutlar var. Diaqnostik müsahibələr zamanı hərtərəfli qiymətləndirmə vacibdir. Uşaqlıqdan başlayan tipik təcrübələrə tez-tez yalan danışmaq, evdən qaçmaq, oğurluq və qeyri-qanuni fəaliyyətlər daxildir. Xəstə bir müəssisədə saxlanıldıqda və nəzarətsiz davranışlar göstərmədikdə, o, psixiatr və psixoloqla birgə işləyə bilər. Antisosyal fərdlərlə öz-özünə yardım qrupları ilə işləmək çox vaxt özünə zərər verən və impulsiv davranışlara nəzarət etməkdə faydalıdır. Müalicə ; CBT terapiyaya psixodinamik terapiya, psixoloji təhsil, antipsikotik və antidepresan dərmanlar daxil ola bilər.

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)