Ailə psixoterapiyası
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Məktəb fobiyası (məktəb qorxusu) – uşaqlarda və yeniyetmələrdə müşahidə olunan psixoloji pozuntudur.Məktəb fobiyası qüvvətli bir narahatlıq səbəbi ilə uşağın məktəbə getməkdən imtina etməsi ya da bu mövzuda istəksiz olmasıdır. Məktəb fobiyası olan uşaqlar, məktəbə olan istəksizliklərini tipik bir şəkildə fiziki şikayətlənmə ilə dilə gətirməyə çalışan, bu səbəblə özlərini evdə tutma yolunda ana-atalarını razı salmağa çalışan uşaqlardır. Məktəb fobiyası çox vaxt ürək bulanması, qarın və ya baş ağrısı, baş gicəllənməsi, qusma kimi psixosomatik əlamətlərlə özünü büruzə verir. Eyni zamanda iştahasızlıq, aqressivlik və ya özünə qapalılıq, küsəyənlik kimi əlamətlər də müşahidə olunur.Kəskin məktəb fobiyası ibtidai təhsildən orta təhsilə qədər hər yaşda, hətta kollec tələbələrində belə görülə bilər. Lakin erkən gənclikdə rast gəlinən məktəb fobiyası əlamətləri yeni məktəbə başlayan uşaqdakı kimi qüvvətli və çətin deyil.
Əlamətləri:
- Baş ağrıları
- Qarın ağrıları, ürəkbulanma və ya qusma
- İştahsızlıq, kefsizlik
- Yuxu nizamında pozuntular
- Məktəb tapşırıqlarını yerinə yetirmə istəyinin olmaması və s.
Əsas xüsusiyyətləri
• Güclü qorxu və narahatlıq: Məktəbə gedəndə mədə ağrısı, ürək bulanması, baş ağrısı kimi somatik şikayətlər ola bilər.
• Ayrılma çətinliyi: Uşaq valideynlərindən ayrılmaq istəmir, evdə qalmaqda israr edir.
• Davranış əlamətləri: Səhər ağlama, əsəbiləşmə, məktəbə getməmək üçün müxtəlif bəhanələr gətirmə.
• Psixoloji təsirlər: Özünüqapanma, güvənsizlik, dostlardan uzaqlaşma, tədris uğurlarında geriləmə.
Məktəb qorxusunun səbəbləri:
- Ailəyə yeni körpənin gəlişi;
- Ailənin yeni evə köçməsi;
- Uşağın valideynini və ya digər yaxınını itirməsi;
- Ana-ata arasındakı problemlər;
- Ailədə maddi çətinliklərin olması;
- Məktəbdə müəllim və ya şagird yoldaşları tərəfindən hörmətdən salınması və ya qorxudulması;
- Məktəblə ev arasındakı yolda narahatlıqlar və s.
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.
Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir
Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.
Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.
Direktor
Uşaq ve yeniyetmələr üzrə psixoloq