İmtahan həyəcanı və valideynlərə tövsiyyələr

  İmtahan nəticələrinə təsir edən ən böyük faktorlardan biri imtahan zamanı stress səviyyəsidir. İmtahan həyəcanı şagird və ya tələbənin öyrəndiklərini tətbiq etməsinə ciddi şəkildə mane ola, performansını aşağı sala bilər. Yüksək stress zamanı beyin donma reaksiyası verər nəticədə diqqətin, hafizə və adekvat qərar vermə bacarıqları böyük ölçüdə zəifləyə bilər. Gəlin ilk öncə mümükün səbəbləri nəzərdən keçirək. 
 Səbəblər əsasən şəxsin özünə aid olan və ətraf mühit faktorları olaraq üzə çıxır. Fərdin özünə aid olan səbəblər özü də çox zaman ailənin və tərbiyə üslubunun xarakterindən asılı olaraq formalaşır. 
Mükəmməlliyətçilik stresi artıran ən böyük faktorlardan birirdir. Bu zaman abituritent özünə çox yüksək gözləntilər qoyur və mükəmməl nəticə arzusu psixikada pressing yaradır. 
Özününə inamın aşağı olması da imtahan stresini artıran faktorlar arasındadır. Çox zaman abituriyentlər özlərini yetərsiz hiss edir və kifayət qədər hazırlıqlı olmadığını düşünərək daha çox həyəcanlanırlar.  Digər tərəfdən də keçmişdəki uğursuz imtahan təcrübələri onlarda bu hissləri daha da möhkəmləd bilər.
İmtahan öncəsi valideyn və müəllimlərin də bu məsələdə diqqətli olmaları, imtahan verəcək şagirdlərə həddindən artıq yüksək gözləntilər qoyaraq təzyiq yaratmamaları tövsiyyə olunur. 
“Az bal yığsan gözümə görsənmə”, “kəsilsən işin bitti” və s. kimi təhdidli cümlələrdən maksimum çəkinmək, imtahanın sadəcə məqsədlərə çatma yolunda bir vasitə olduğunu və son olmadığını vurğulamaqda fayda var. 
Böyüklər şagirdlər arasında müqayisə aparmamalı və uşaqlar arasında yersiz rəqabət və qısqanclıq yaratmamalıdırlar. İmtahan üçün ən gözəl motivasiya xarici faktorlar deyil, daxili motivasiya olmalıdır. Xarici motivasiyası olan abituriyent insanların onun haqqında söyləyəcəklərinə fokuslanır. Daxili motivasiya isə daha sağlamdır və insanın özünə fokuslanmasına yardımçı olur. 
İmtahan həyəcanı adətən fizioloji əlamətlərlə özünü göstərə bilir. Ürək döyüntüsünün sürətlənməsi, tərləmə, tənəffüsün sürətlənməsi, əzələlərin gərginləşməsi, qarın ağrısı, ürək bulanması kimi əlamətlər baş qaldıra bilər. Bütün bunlar kortizol hormonunun artması fonunda baş verir.  
 İmtahan həyəcanını azaltmaq üçün bəzi strategiyalardan istifadə edilə bilər. İmatahana hazırlıq səviyyəsi ilə bağlı faktorları azaltmaq üçün, son günə saxlamadan mütəmadi hazırlıq və sistemli təkrarlamaq tövsiyə olunur. Bundan başqa mümkün qədər çox sınaq imtahanlarında iştirak etmək vaxtı idarə etmə mövzusunda olduqca yardımçı olacaq.
  Düşüncələri müsbətə kökləmək, “mən, bacaracağam” kimi daxili dialoqlar qurmaq özünə imamı artırmaqda yardımçı ola bilər.  Nəfəsalma texnikaları, diafraqm nəfəsi kimi məşqlər stresi azaldacaqdır. 
İmtahan öncəsi diqqət edilməli məsələlərdən biri fiziki sağlamlıq və həyat tərzi vərdişləridir. Hazırlıq mərhələsində qidalanma və yuxu rejimi olduqca əhəmiyyət kəsb edir. Yuxu rejiminin pozulması konsantrasiyanı və yaddaşı zəiflədir. Şəkərli və ya kofeinli içkilərdən çəkinib, vitamin və minerallarla zəngin qidalar qəbul etmək həyəcanı azalda bilər.İdman və gəzintilər stres hormonlarını azaldır və beyinin fəaliyyətini gücləndirir.
İmtahan ərəfəsində ailənin, dostların və müəllimlərin emosional dəstəyi həyəcanı azalda bilər.
Dərin həyəcan yaşayan şəxslər üçün isə peşəkar psixoloji dəstək effektiv ola bilər.
İmtahana gecikmək, sənədlərin unudulması kimi hallar stressi daha çoxalda biləcəyi üçün bu kimi vəziyyətlərin qarşısını vaxtında almaq lazımdır. İmtahana 1 həftə qalmış yeni qida sınamaq, ekstrimal fərqli aktivliklər etmək o qədər də doğru seçim olmaya bilər. İmtahan öncəsi zədələnmə, zəhərlənmə kimi hallar həyəcan və stresi artıracaqdır. İmtahandan öncə proqressiv əzələ relaksasiyası texnikası bədənin fərqli bölgələrini ardıcıl olaraq rahatladaraq stresi azalda bilər. İmtahan həyəcanı akademik uğur üçün ciddi maneə yaratsa da, düzgün strategiyalarla idarə oluna bilər. Planlı hazırlıq, müsbət düşüncə tərzi, fiziki və psixoloji rahatlama texnikaları imtahan zamanı gərginliyi azaltmağa kömək edir. Valideynlər, müəllimlər və psixoloqlar tələbələrə dəstək olduqda, onlar imtahanlara daha sakit və özünəinamlı şəkildə yanaşa bilərlər.

 

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)