Alzheimer xəstəliyi

  Alzheimer xəstəliyi beynin düşüncə, yaddaş və dili idarə edən hisslərini əhatə edir. Bu xəstəlik demensiyanın ən çox yayılmış növüdür və bütün demensiyanın 2/3-ni təşkil edir. Demensiya niyə yaranır, onun simptomları nədir?  Demensiya-əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv(əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. Termin latınca “demens “sözündən gəlir və 'intellektin azalması' kimi tərcümə oluna bilər. Demensiyanın əsas əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir (anadangəlmə əqli geriliyin əksinə).  Alzheimer öyrənmə, yaddaş, düşüncə, davranış, oriyentasiya, dil funksiyaları və şəxsiyyət kimi psixi funksiyaların pisləşməsi  və sosial bacarıqların tədricən azalması ilə xarakterizə olunur. Bu dəyişikliklər insanın fəaliyyət qabiliyyətinə təsir edir. Xəstəlik gizli  şəkildə-mülayim yaddaş itkisi, yaxud  söhbəti davam etdirmək və ətraf mühitə reaksiya vermək qabiliyyətinin itirilməsi ilə başlayaraq irəliləyir.

  Alzheimer xəstəliyi haqqında nə məlumdur?
Elm adamları hələ də Alzheimer xəstəliyinə nəyin səbəb olduğunu tam başa düşə bilmirlər. Bu  xəstəliyin risk faktorlarına misal olaraq, yaş, irsilik, həyat tərzi, kəllə – beyin travmaları, Daun sindromu və s. göstərmək olar. Lakin hələlik Alzheimer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməmişdir. Çox güman ki, tək bir səbəb deyil, hər bir insana fərqli təsir göstərən bir neçə amil var. Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş ötdükcə demensiya  riski əhəmiyyətli dərəcədə arta, qocalıqda isə müşahidə oluna bilən  bir xəstəlikdir. Bu, 65 yaşdan sonra hər 14 insandan birində, 80 yaşdan  sonra isə hər 6 nəfərdən birində müşahidə olunur. Buna baxmayaraq Alzheimer yalnız yaşla məhdudlaşmır. Alzheimer xəstəliyi qocalmanın normal bir hissəsi deyil. Yaddaş problemləri adətən Alzheimer xəstəliyinin  ilk xəbərdarlıq əlamətlərindən biridir. Xəstəliyin ilkin mərhələsində son hadisələri və ya söhbətləri unutmaq, söz tapmaqda yaxud hesablamalarda çətinlik, şəxsiyyət dəyişikliyi, əşyaların itirilməsi, sualların və ya cümlələrin təkrarlanması, yüngül oriyentasiya pozğunluğu baş verir, yeni məlumatları öyrənmək imkanları məhdudlaşır. Getdikcə yeni məlumatları öyrənmək qabiliyyətinin itməsi, yaddaş itkisinin artması, yersiz sözlərdən istifadə, özünə qulluq qabiliyyətinin pisləşməsi, şəxsiyyətin dəyişməsi, gecə-gündüz qarışıqlığı, gecələr narahatlığın və yuxusuzluğun artması, qohumları-dostları xatırlaya bilməmə, ünsiyyətdə çətinlik, gəzinti və narahatlıqlar artır. Əlavə olaraq, Alzheimer xəstəliyinin simptomları olan bir şəxs aşağıdakılardan birini və ya bir neçəsini yaşaya bilər:
   Gündəlik həyatı pozan yaddaş itkisi, məsələn, tanış bir yerdə itmək və ya sualların təkrarlanması.
   Riyazi hesablamalarda, pulla işləmək və hesabları ödəməkdə çətinlik.
   Evdə, işdə və ya istirahətdə bildiyi işləri yerinə yetirməkdə çətinlik.
   Azalmış və ya zəif mühakimə.
   Əşyaların yerini dəyişdirmək və onları tapa bilməmək.
   Əhval, şəxsiyyət və ya davranış dəyişiklikləri.
  Sizdə və ya tanıdığınız bir insanda bu əlamətlərdən bir neçəsi və ya əksəriyyəti olsa belə, yenə də bu, Alzheimer xəstəliyi demək deyil. 
 Hal-hazırda Alzheimer xəstəliyinin məlum müalicəsi yoxdur. Lakin xərçəng, diabet və ürək xəstəliklərinin qarşısını aldığı təsdiq edilən sağlam davranışların, subyektiv idrakın azalması riskini də azalda biləcəyinə dair artan elmi sübutlar var. Məsələn sağlam və aktiv həyat tərzi, ətraf mühit, fiziki fəaliyyət, qidalı pəhriz, qan təzyiqinin idarə edilməsi, məhdud spirt istehlakı,siqaret çəkməmək insanlara kömək edə, xəstəliyin inkişaf riskini azalda bilər. Beyində dəyişikliklər ilk simptomlar görünməzdən illər əvvəl başlaya bilər. Alzheimer xəstəliyi zamanla daha da pisləşən beyin pozğunluğudur. Bu, beyində müəyyən zülalların yığılmasına səbəb olan dəyişikliklərlə xarakterizə olunur. Alzheimer xəstəliyi beynin kiçilməsinə və beyin hüceyrələrinin sonda ölməsinə səbəb olur. Xəstəliyin ilkin əlamətlərinə son hadisələri və ya söhbətləri unutmaq daxildir. Zamanla o, ciddi yaddaş problemlərinə və gündəlik işləri yerinə yetirmək qabiliyyətinin itirilməsinə doğru irəliləyir.
 Alzheimer xəstəliyi adətən yavaş başlayan və getdikcə pisləşən neyrodegenerativ xəstəlikdir. Xəstəlik gizli  şəkildə başlayır və irəliləyir. Ən çox görülən erkən simptom son hadisələri xatırlamaqda çətinlik çəkməkdir. Xəstəlik irəlilədikcə əlamətlər nitq problemləri, çaşqınlıq, əhval dəyişikliyi, motivasiyanın itirilməsi, özünə etinasızlıq və davranış problemləri ola bilər. Xəstənin vəziyyəti pisləşdikdə çox vaxt ailədən və cəmiyyətdən uzaqlaşsalar da onlar evdə tək gəzə bilməzlər və evdən kənarda itə bilərlər. Xəstəlik irəlilədikcə bədən funksiyaları tədricən itirilir və ölümlə nəticələnir. Alzheimer xəstəliyini müalicə edən heç bir müalicə metodu yoxdur. Alzheimer xəstəliyinin səbəbi tam olaraq bilinməsə də, genetik və ətraf mühit faktorlarının təsirli olduğu müşahidə edilmişdir. Hipertoniya, diabet, yüksək xolesterin, dəmir,alüminium, qurğuşun kimi zəhərli maddələrə məruz qalma, estrogen,qida-vitamin çatışmazlığı kimi bəzi xəstəliklərin Alzheimer xəstəliyinin yaranmasına təsir göstərə biləcəyi düşünülür. Hazırda Altsheymer xəstəliyin tam müalicəsi tapılmasa da, onun inkişaf tempini əhəmiyyətli dərəcədə azaldan medikamentoz üsullar işlənib hazırlanmışdır.

 

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolciyeva

Ailə danışmanı

Xatirə İbrahimova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)