Temperament

  Temperament insanın şəxsiyyətinin yalnız bir komponentidir. Xarakter, dünya görüşü, maraqlar və motivasiyalar kimi xüsusiyyətlər həyat boyu formalaşır və dəyişə bilər. Lakin temperament, insanın davranış üslubuna təməl təşkil etdiyindən, onun sosial münasibətlərdə, stresə qarşı reaksiyasında və həyat tərzində mühüm rol oynayır.Temperament - insanın anadangəlmə xüsusiyyəti olub intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.Temperament latın dilində olub “qarışıq, mütənasiblik" deməkdir.Temperament haqqında təlimin yaradıcısı qədim yunan həkimi Hippokrat (e.ə. təxminən 460-377-ci illər) olmuşdur. O, göstərirdi ki, insanlar 4 əsas “orqanizm şirəsi”nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, “orqanizm şirələrinin” nisbəti yunanca “krasis** sözü ilə ifadə olunurdu ki, sonralar həmin söz yunanca “temperamentum” - “mütənasiblik” sözü ilə əvəz edildi.Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy Qalen (təxminən 130-200-cü illər) məşhur traktatı “De temperamentum " kitabında temperamentlərin tipologiyasını işləyib hazırladı.Onun təliminə əsasən temperamentin tipi orqanizmdə bu şirələrdən birinin üstünlüyündən asılıdır. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir: sanqvnik (latınca sanqvius- qan), fleqmatik (yunanca fleqma-selik), xoleriik (yunanca chole- sarı öd), melanxolik (yunanca melian chole- qara öd).
 1.Sanqvinik, Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik düşüncəyə, sürətli nitq tempinə malik olurlar. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Rast gəldikləri insanlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zamanda onlarla dil tapacaq". Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. Onları bir dəqiqə bir yerdə saxlamaq mümkün deyil. Həmişə hara isə tələsirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər və maraq obyektləri tez-tez dəyişir, davamsız olur. Elə ona görə də, böyük həvəslə başladıqları işdən son dərəcə süstlüklə əl çəkirlər. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri  isə bunun tam əksinə olaraq, intizamlıdır.
2.Xolerik. Xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur.Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Müvazinətsiz olurlar. Onların son dərəcə coşğun xarakteri var.Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyyəsinə əməl edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verirlər. Bu xasiyyətləri ucbatından xolerik tipli insanlar həmişə problemlərlə qarşılaşır: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.
3. Fleamatik. Özlərini hər yerdə sakit aparırlar.Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna önəm vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onların mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bununla yanaşı fleqmatiklər olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq mümükün olmur. Yeni insanalra çətin alışırlar. Qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara "yerəbaxan" deyirlər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik 
qədər təmkinli deyil. Onlan həyəcanlandırmaq, hirsləndirmək asan deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanmdakılann gülərkən o uzaqbaşı gülümsəyəcək. Yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq çətindir, istənilən halda hamıdan gec reaksiya verirlər. Bu xüsusiyyətlərinə baxmayaraq, fleqmatiklər mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı görünən bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.
4. Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçik bir hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unutmurlar. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Həddindən artıq təkliyə qapılırlar. Onlar tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmirlər. Onlarda içə qapanıqlıq yüksək olur. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar.
  Müasir psixologiya temperamentin yalnız emosional və davranış aspektləri ilə məhdudlaşmadığını göstərmişdir. A.N.Leqotski, İ.P.Pavlov və digər alimlər temperamentin insanın sinir sisteminin xüsusiyyətləri ilə sıx əlaqədə olduğunu vurğulamışlar. İ.P.Pavlov temperamentin əsasında sinir sisteminin gücü, tarazlığı və hərəkətliliyinin dayandığını qeyd etmişdir. Temperament insanın doğuşdan gətirdiyi və həyat boyu sabit qalan psixoloji xüsusiyyətlər toplusudur. Onun düzgün başa düşülməsi və qəbul edilməsi, həm özünü tanımaq, həm də başqaları ilə effektiv ünsiyyət qurmaq üçün vacibdir. Hər bir temperament tipinin öz üstünlükləri və zəif tərəfləri vardır və bunların balanslı şəkildə inkişaf etdirilməsi insanın psixoloji rifahına müsbət təsir göstərir.

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)