Fobiya

   Fobiya - bu və ya digər qıcıqlandırıcının təsirinə qarşı patoloji olaraq meydana çıxan, müəyyən vəziyyətlərdə kəskinləşən və tam məntiqlə izah olunmayan, yüksək şəkildə özünü biruzə verən davamlı qorxudur. Fobiyadan əziyyət çəkən insanlar bəzi obyektlərdən, fəaliyyət növlərindən və vəziyyətlərdən qoxmağa başlayır, çəkinirlər. Məsələn, ayxmofobu olan insanlar iti əşyalardan, akvafoblar isə suda üzməkdən qorxurlar. Klaustrofobiyalar bağlı liftdə özlərini narahat hiss etdiklərindən yuxarı mərtəbələrə yalnız pilləkənlə qalxırlar. Başlanğıc dövrdə fobiyaları müalicə etmək mümkündur, ancaq bu xəstəlik insan psixikasında möhkəmlənərək zaman keçdikcə güclənə bilər.
     Sosial fobiyalı insan başqa insanların ona baxmalarından və cəmiyyət içərisində onun barəsində danışmalarından dərindən qorxu hissi keçirirlər. Bu qorxu daha da daralaraq spesifik fobiya formasına (məsələn, səhnəyə çıxmaq və çıxış etməkdən qorxmaq) keçə bilər. Sosial fobiyalı insanların nadir harllarda rast gəlinən çox az qismi restoranda nahar etmək və ya başqa adamlarla bir yerdə olmaqdan çətinlik çəkirlər. Sosial fobiya və utancaqlıq bunlar eyni şey demək deyildir. Utancaq insanlar başqaları ilə özlərini narahat hiss etmiş olsalar da, sosial vəziyyət və tam nəzarət etmədikləri şərait onlarda dərin gərginlik yaratmır. Sosial fobiyalı insan bəzi hallarda utancaq olmaya da bilər: müəyyən konkret vəziyyətlər istisna olunmaqla o, başqa insanlarla özünü tam rahat hiss edə bilər. Sosial fobiyalar insan həyatında problem, narahatıq yaradaraq, onları işdən və ya ünsiyyətdən imtina etməyə vadar edən xoşagəlməz amildir. Mütəxəssislər indiyə qədər fobiyaların yaranma səbəblərini hələ də tam aydınlaşdıra bilməmişlər. Amma bəzi ekspertlər bunun əsasən irsiyyət və ətraf mühitdən asılı olduğunu iddia edirlər. Çox həssas insanlar beyində baş verən çox unikal kimyəvi reaksiyaların daşıyıcısı olduqlarından stessləri qeyri-adi keçirirlər. Belə insanlar beyində bəzi kimyəvi proseslərin başlanmasına səbəb olan kofein maddəsinə qarşı xüsusilə çox həssas ola bilirlər. Ekspertlər belə hesab edirlər ki, fobiyaların inkişaf tendensiyası, xüsusilə, ailələrdə daha çox görünərək, irsi xətt vasitəsilə ötürülə bilər, adi bir sarsıntı, adətən, aqorafobiya kimi xəstəliyin inkişafına təkan verə bilər. Məsələn, həyatda baş vermiş bədbəxt hadisə aqorafobiyaya səbəb ola bilər. Keçmişdə çətin uçuş vəziyyətini yaşayan insanda avionəqliyyat vasitəsinə qarşı fobiya yaranır. Mütəxəssislərin cavab tapa bilmədikləri yeganə sual stress keçirən insanların nə üçün yalnız bir hissəsinin fobiyaya məruz qaldıqları barəsindəki sualdır. Sosial fobiya uşaqlıq və ya yeniyetməlik dövründə yaranır. Bəzən kədərli, ya da alçaldıcı bir hadisənin nəticəsi olaraq baş verir. Çətin sosial şəraitdə böyümüş (valideynləri tərəfindən tərk edilən uşaqlar) və ya zəif sosial təcrübəyə malik olan insanlar sosial fobiya xəstəliyinə düçar ola bilərlər. Aşağı səviyyədə özünüqiymətləndirmə, utancaqlıq buna şərait yaradan səbəblərdəndir.
 Aqorafobiyalı insanlar səbəbi olmadan stressə düşə bilər. Stressin davametmə müddəti bir dəqiqə çəksə də, yaranmış qorxu nəticəsində növbəti belə bir stress vəziyyətinin baş vermə ehtimalı insanı vahiməyə salır. Məhz bu səbəbdən, belə insanlar həmin vəziyyətdən qoruna bilməyəcəkləri yerlərdən uzaq qaçırlar. Təşviş içində olan bu xəstələr üçün dünya daralır. Fobiyalar fərqli olsalar da, onların simptomları oxşardır: vahimə, ölüm, kəskin ürək döyüntüsü və tənginəfəslik, tərli ovuclar. Fobiya ilə bağı ciddi amil dərin narahatlığa gətirib çıxara bilər. Uçmaqdan qorxan adamlarda uçuşdan iki həftə qabaq, ya da uçuş barədə düşünəndə yüksək ürək döyüntüsü müşahidə olunur. İrrasional qorxulardan əziyyət çəkən insanlar yardım üçün həkim və psixoloqlara müraciət etməlidirlər. Hərtərəfli söhbət, psixoloji və fiziki simptomların təhlilindən sonra həkim fobiyanın diaqnozunu qoya bilər. Uşaqlar öz fobiyalarını dəqiq söyləmədiklərindən valideynlər onlarla daha dərin araşdırmalar aparmalıdırlar. Adətən, digər psixoloji pozulma və ya narkotiklərin istifadəsi sosial fobiya ilə bağlı ola bilər. Müxtəlif ədəbiyyatlarda fobiyanın müxtəlif cür təsnifatına rast gələ bilərsiniz. Psixoloq və psixiatorlar fobiyanı əsasən üç qrupda təsnif edirlər: 
I. çoxsaylı insanların toplaşdığı yerlərlə bağlı narahatlıq-aqorafobiya;
II. müxtəlif sosial fobiyalar;
III. müəyyən vəziyyətlərlə və obyektlərlə bağlı qorxular.
  "Kütlədən qorxu"
  Aqorafobiya Qədim Yunanıstanda istifadə olunan "aqora" sözundən yaranmışdır ("aqora" qədim Yunanıstanda "bazar" deməkdir). Aqorafobiyadan əziyyət çəkənlər bankda, və yaxud da çoxlu adamların toplaşdığı digər yerlərdə qalmaqdan qorxurlar. Müalicə olunmayan insanlar heç yerə çıxmadan həmişəlik öz evlərində qala bilərlər. Ancaq statistik məlumatlara görə, pasientlərin 90%-i müalicə keçdikdən sonra bu qorxudan xilas olurlar.
  "İnsanlardan qorxu"
 Sosiofob insanlar utancaq görünə bilərlər, ancaq əslində onlar özlərini bu və ya digər vəziyyətlərdə necə aparmaq lazım olduqları barədə son dərəcə narahatçılıq hissi keçirirlər. Beyinlərində yüzlərlə suallar dövr edir. Lazım olan sözləri tapa bilməyə müəssər olacağam? Başqa adamlar məni başa düşəcəklər? Onlar müalicə olunmadıqları təqdirdə yaranan vəziyyət onların ünsiyyət dairələrinin daralmasına gətirib çıxarır. Əvvəl dostlarını itirirlər, sonra özlərinə yaxın adamlardan uzaqlaşırlar. Sosiofobların həyatı internet və mağazaya nadir hallarda getməklə məhdudlaşa bilər.
 "Qapalı yerlərdən qorxu"
  Liftlə qalxmaq, tünelə daxil olmaq klaustrofoblar üçün əlçatmazdır.Boğulma hissi belə adamları tez-tez açıq havaya çıxmağa məcbur edir. Otaqda olduqları zaman pəncərədən uzaq durmurlar.

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)