Paranoid şəxsiyyət pozuntusu

  Paranoid şəxsiyyət pozuntusu: İnsanın başqalarına və ətraf mühitə inamsızlığı və şübhəsi ilə əlaqədar yaranan psixi sağlamlıq problemidir. Xalq arasında paranoya olaraq təyin olunan bu pozuntu, insanın daima ehtiyatlı davranmasına səbəb olur. Paranoyanın simptomları ətrafdakı insanların daim onları alçaltmağa, zərər verməyə və ya təhdid etməyə çalışdığına inanaraq yaşamaq kimi görülür. Paranoya, psixi vəziyyətin bir hissəsi kimi baş verən etibarsızlıq, şübhə və başqaları tərəfindən təqib və ya xəyanətə məruz qalma xəyallarıdır. A tipi və ya ekssentrik şəxsiyyət pozuntuları adlanan qrupa daxil olan paranoid şəxsiyyət pozuntusu, real və kifayət qədər səbəb olmadan başqalarına inamsızlıq və şübhənin mövcud olduğu psixi pozuntudur. Paranoid şəxsiyyət pozuntusu olanlar başqalarının sədaqətinə və bağlılığına şübhə edir, onlardan istifadə etdiklərinə və aldadıldıqlarına inanırlar. Bu vəziyyət insanın həyat keyfiyyətinə təsir edir və onun sağlam həyat tərzi keçirməsinə mane olur. Paranoid şəxsiyyət pozuntusu olan insanlar çox vaxt davranışlarının və düşüncə tərzinin problemli olduğunu düşünmədən hərəkət edirlər. Müdafiə rəftarına malik olduqları üçün tək qalmağa üstünlük verirlər.

    Paranoid şəxsiyyət pozuntusunun yaranma səbəbləri hansılardır ?
 Şəxsiyyət pozuntularının təməlində genetik səbəblər mühüm rol oynayır. Bundan əlavə, bioloji, nevroloji və hətta sosioloji səbəbləri də nəzərdən qaçırmaq olmaz. Paranoid şəxsiyyət pozuntusunun səbəbi tam müəyyən edilməmişdir. Onun bioloji amilləri ilə bağlı aydın məlumatlar aşkar edilməmişdir. Ümumiyyətlə genetik əlaqə, ətraf mühit faktorları, fiziki və emosional travmaların bu pozuntuya səbəb olduğu düşünülür. Xüsusilə ətraf mühit və struktur faktorları paranoyanı təşviq edir.
 
   Paranoid şəxsiyyət pozuntusunun simptomları və əlamətləri hansılardır ?
 Paranoyanın simptomları yüngüldən şiddətə qədər dəyişir və səbəbə görə inkişaf edir. Asanlıqla incimək, aqressiv davranmaq, başqalarının sözlərinə böyük məna vermək, heç kimə güvənməmək paranoid şəxsiyyət pozuntusunun əlamətlərindəndir. Paranoyanın digər ümumi simptomları bunlardır:
-Tənqidi qəbul etmək və rədd etmək bacarığı
-Başqalarına inamsızlıq
-Həmişə müdafiədə və ayıq-sayıq olmaq
-Ətrafınızdakılara həddindən artıq şübhə və inamsızlıq
-Başqalarının sözlərinə zərərli mənalar aid etmək
-Aqressiv və mübahisəli olmaq
-Başqaları ilə işləməkdə problem
-Sosial əlaqələr qurmaq və saxlamaqda problem
-İnsanların onun arxasından onun haqqında pis danışdığını düşünmək
-Hər kəs tərəfindən təqib olunduğunu hiss etmək
-Zərər çəkməkdən qorxma
 Paranoid şəxsiyyət pozuntusunun əlamətlərini aşağıdakı kimi sadalaya bilərik:
  ✓ İnsanlara güvənməkdə şübhə ilə yanaşırlar. Paranoid xəstələr həyatları ilə bağlı heç bir problemi başqaları ilə bölüşmək istəmirlər. Güvən problemləri olduğu üçün dediklərinin özlərinə qarşı istifadə oluna biləcəyinə inanırlar.
✓ Heç kimlə yaxın münasibət qurmurlar. İnsanların dostluğuna, yoldaşlığına inanmırlar. İnsanlara şübhə ilə yanaşır, başqalarının onları aldada və istismar edə biləcəyini düşünürlər. Məsələn, həyat yoldaşlarının və ya sevgililərinin belə xəyanət etdiyini düşünüb onlardan şübhələnirlər.
✓ İnsanlarla münasibət qurarkən onlara qarşı soyuq və uzaq davranırlar. Aldanmaq qorxusundan ətraflarına yaxınlaşdıqları üçün nəzarətçi və qısqanc ola bilərlər.
✓  Onlara qarşı edilən səhvləri bağışlamaz və kin saxlayırlar.
✓ Başqasının hər sözündən və ya ifadəsindən gizli mənalar çıxara bilirlər. Hər sözün arxasında özlərinə təhlükə olduğunu düşünürlər. Heç kimin görmədiyi hücumları fərq edə və aqressiv bir münasibət sərgiləyərək qisas almağa çalışa bilərlər.
✓ Nevrotik əhval-ruhiyyəyə malikdirlər.
✓  Onlar həmişə haqlı olduqlarını düşünürlər. Ona görə də heç bir problemə görə özlərini məsuliyyətli görmürlər. Bu cür məsuliyyəti zəiflik kimi görürlər.
✓Paranoid pozuntusuna görə son dərəcə şübhəli olan insanlar öz hisslərini, düşüncələrini və sirlərini başqaları ilə bölüşmürlər. Əgər sirrini ətrafdakı hər kəslə bölüşübsə, dediyi adamın bunu özünə qarşı istifadə edə biləcəyi şübhəsi ilə ətrafa baxaraq bunun sübutunu axtarar. O hesab edir ki, bu vəziyyət özü üçün təhlükə yaradır.
✓Onlar həmişə ailə dairəsini vəfasız görürlər. Özünə edilən yaxşılıqlara, müsbət davranışlara məhəl qoymayan paranoyak insan qarşılaşdığı ən kiçik problemdə ailəsini günahlandırır və münasibətlərini kəsir.
✓Onlar öz həyatlarında rahat deyillər. Şübhə hissi onların yaşadıqları mühitdə hər şeyə diqqətli olmasına səbəb olur.
✓Ətrafındakı hər şeyi idarə etmək istəyirlər. Bu yolla onların özlərini təhlükəsiz hiss edə bilmələri fikri üstünlük təşkil edir. İnsanlara qarşı həddindən artıq tənqidi yanaşırlar; Amma tənqid olunanda dözümsüz olurlar.
  
    Paranoyak insanlara qarşı necə davranmaq lazımdır?
- İlk növbədə, paranoid insanla açıq və aydın olun .
-Heç bir şey haqqında yalan danışma, dürüst ol.
-Pozuntusu olan şəxsə qarşı hirslənməyin və bunu etdiyiniz zaman onu nəzarətdə saxlamağa çalışın.
-Onların dediklərinə həddindən artıq reaksiya verməkdən çəkinin. Fikirləri gülünc olsa belə, onları mühakimə etməyin. İnsanı anlamağa və empati qurmağa çalışın.
 Paranoyak insanlarla yol tapmaq və ya dil tapmaq çox çətindir. İnsanın ətrafdakı insanlara inamsızlığı və zərər görəcəyini düşünməsi onu tək qalmağa sövq edir. Bu məqamda ailə və dostlar xəstəliyə düçar olan şəxsə güvən verəcək şəkildə yanaşmalıdırlar. Paranoid insanların həddindən artıq qəzəbi idarə etmə pozuntularıına meyli qətl və yaralanmalara səbəb ola bilər. Xəstələrlə yaşayan insanlar bu mövzuda çox diqqətli olmalı və mütəxəssislərə müraciət etməlidirlər.
  
    Paranoid şəxsiyyət pozuntusu necə müalicə olunur?
 Paranoid şəxsiyyət pozuntusu müalicə edilə bilən bir xəstəlikdir. Çətin tərəfi xəstənin narahat olduğuna əmin olması və bunu qəbul etməsidir. Fiziki müayinə ilə aşkar olunan əlamətlər vasitəsilə xəstəni xəstəliyə inandırmaq üçün istifadə edilən üsuldur. Bu pozuntuda xəstə zamanla şizofreniya əlamətləri göstərə bilər . Əgər yaşadığı mühitdə özünü təhlükəsiz hiss etmirsə, öləcəyindən və ya öldürüləcəyindən qorxursa, nəzarət altında saxlanılmalıdır. Paranoid düşüncələrdən təsirlənən bir insanın müalicə zamanı delirium və etibar problemləri yaşaması normaldır . Bu, bəzən xəstənin müalicəni dayandırmasına səbəb ola bilər. Belə xəstələr üçün üstünlük verilən üsul psixoterapiyadır. Psixoterapiya ilə xəstənin itirdiyi güvən hissi geri qaytarılmağa çalışılır. O, həmçinin sosial ünsiyyəti və özünə hörməti inkişaf etdirməyi hədəfləyir. Lakin əgər mütəxəssis müalicədə uğur qazana bilmirsə və xəstə kəskin paranoid ağrıları yaşayırsa, xəstə nəzarət altında müalicə oluna bilər. Paranoid pozuntusu üçün ümumiyyətlə dərman istifadə edilmir. Ancaq xəstə narahatlıq və depressiya kimi əlaqəli pozuntulardan əziyyət çəkirsə , o, dərman istifadə edə bilər.

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)