Dismorfofobiya

  Dismorfofobiya nədir?
 Dismorfofobiya bədən qavrayış pozuntusu olaraq da bilinən bir xəstəlikdir. Bu zaman insanın öz bədəni haqqında yanlış və şişirdilmiş qavrayışı olur. Dismorfofobiya insanın özünü daim çirkin, qüsurlu və ya deformasiyaya uğramış hiss etməsinə səbəb olur.

  Dismorfofobiyaya nə səbəb olur? 
 Özünü bəyənməməyin səbəbləri məlum deyil. Ümumiyyətlə,  dismorfofobiyanın səbəbləri arasında ailədə əhval-ruhiyyə pozuntusu, o cümlədən  obsesiv-kompulsiv pozuntu və ya serotonergik disfunksiyanın olması da hesab edilə bilər. Bundan əlavə, cinsi münaqişə, özünə inamın olmaması, ətrafdakı insanların tənqidi yanaşması xəstəliyi dərinləşdirə bilər. Dismorfofobik pozuntunun səbəbləri arasında sosial medianın təsirini qeyd etmək olar. Sosial mediada dərini hamar göstərən və göz ölçüsünü dəyişən filtrlər də gözəllik qavrayışının dəyişməsində təsirli olur. Bu baxımdan, bu qəlibə sığmayanların bəyənilmədiyi kimi bir fikirlə qarşılaşa bilərsiniz.Yalnız qadınlarda deyil, kişilərdə də diskomfort yaradan bu vəziyyət dismorfofobiyaya səbəb ola bilər

   Dismorfofobiya əlamətləri hansılardır? 
  Dimorfofobiyadan əziyyət çəkən insanlar hər kəsin onlara baxdığını, çatışmazlıqlarını gördüyünü və bu problemi başqaları ilə müzakirə etdiyini düşünür. Dismorfofobiya əlamətləri olan insanlar qüsurlu olduğunu düşündükləri bədən hissəsi haqqında şişirdilmiş araşdırmalar aparır və həkimlərin tövsiyələrinə baxmayaraq cərrahi müdaxilə və ya tibbi müalicə axtarırlar. Daim xarici görünüşlərindən narahat olurlar və güzgü qarşısında çox vaxt keçirirlər. Onlar mükəmməl görünməyə çalışırlar.Tənqid almaqdan həddindən artıq narahatdırlar. Obsesiv düşüncələrin və onların həyata mənfi təsirinin qarşısı alına bilmir və depressiya və ya narahatlıq əlamətləri göstərir. Onlar estetik və ya plastik cərrahiyyə əməliyyatları keçirməyə çalışırlar. Plastik rekonstruktiv və estetik cərrahiyyə ümumiyyətlə xarici görünüş problemlərini düzəldir və ya onları olduğundan daha yaxşı edir. Ancaq dismorfofobiya xəstələrini sevindirmək mümkün deyil. Bədən dismorfik pozuntusu olan insanlar üçün qüsurlarından başqa bir şeyə diqqət yetirmək çətindir. Dismorfofobiya olan insanlar çatışmazlıqlarını gizlətmək və ya yaxşılaşdırmaq üçün təkrarlanan (kompulsiv) davranışlarla məşğul ola bilərlər. Bu simptomları tez-tez yaşayan insanlara testlə bədən dismorfik pozuntu diaqnozu qoyulur.

   Dismorfofobiyanı necə aradan qaldırmaq olar? 
  Fiziki qüsuru olan uşağın əskikliyinə diqqət yetirmək, ona bu çatışmazlıqla bağlı digər səbəbləri xatırlatmaq, təşviş yaratmaq xəstəliyə yol açır.Tərbiyəçilər, müəllimlər və səhiyyə işçiləri də fiziki çatışmazlıqlar barədə açıqlamalardan çəkinməli və uşaq və yeniyetmələri bu və buna bənzər ifadələrlə qarşı-qarşıya qoymamalıdırlar. Bundan əlavə, deyə bilərik ki, dismorfofobiyanı necə aradan qaldırmaq olar sualına başqa bir cavab normal özünə hörmətin inkişafıdır. Bu, özünə hörmətə xas olan aşağılıq kompleksinin qarşısını ala bilər. Mənfi şərhlər zarafat kimi belə edilməməli, uşaqlar haqqında narahatedici ifadələrdən qaçınılmalıdır. Xüsusilə də valideynlər uşağın özünə inamını sarsıdacaq davranışlardan çəkinməlidirlər. İnsanın  yeniyetməlik dövründə bu vəziyyətə diqqət yetirməsi və problemin psixoloji olub olmadığını araşdırması  vacibdir. Beləliklə, fərdin dismorfofobiyasının qarşısı alına bilər. Adətən yeniyetməlik dövründə başlayan və yaşla irəliləyən dismorfofobiya olan xəstələrə psixiatrik dəstək tövsiyə olunur.
 

   Müalicə metodları:
 Əksər şəxslər bu pozuntudan əziyyət çəkdiklərini dərk etmədikləri, az və ya heç bilmədikləri üçün motivasiya üsulları çox vaxt onların müalicədən keçmək və müalicədə qalmaq istəyini stimullaşdırmaq üçün lazımdır. Bir çox mütəxəssisin fikrincə ciddi hallarda dismorfofobiyanın ən yaxşı müalicəsinin koqnitiv-davranış terapiyası və dərman preparatlarından istifadədir. Klomipramin preparatı (güclü serotonergik təsiri olan trisiklik antidepresan) bədən dismorfik pozuntusu olan şəxslərdə çox təsirli olur.Bu zaman depressiya və əksər narahatlıq pozuntuları üçün istifadə ediləndən daha yüksək dozalara ehtiyac duyurlar. Məlumatların məhdud olmasına baxmayaraq, bu dərmanların adekvat sınaqlarında əhəmiyyətli irəliləyiş göstərməyən bəzi xəstələrdə atipik antipsikotik (məsələn, aripiprazol), buspiron və ya qlutamat modulyatoru (məsələn, N-asetilsistein) kimi əlavə dərmanların əlavə edilməsi. və ya memantin) təsirli ola bilər. Dismorfofobiyanin spesifik simptomları üçün xüsusi olaraq hazırlanmış koqnitiv davranış terapiyasına üstünlük verilir. Koqnitiv yanaşmalar (məsələn, idrakın yenidən qurulması), məruz qalma üsulları və ritualdan qaçınma terapiyanın vacib elementləridir. Burada şəxslərin güzgüdə özlərinə baxmaq, həddindən artıq baxım və xarici görünüşlərini başqa insanlarla müqayisə etmək kimi rituallarını yerinə yetirməkdən çəkindirerek,qorxduqları və ya qaçdıqları (sosial vəziyyətlərdir) vəziyyətlərə tədricən məruz qoyulur.Vərdişlərdən qurtulmaq üçün aşağıdakılar edilməlidir.
 -Zehni oriyentasiya təlimi (məsələn, sosial özünə nəzarət, davranış reaksiyaları üçün tetikleyicilərin müəyyən edilməsi)
-Stimul nəzarəti (davranışa başlama ehtimalını azaltmaq üçün tətiklərdən qaçınmaq kimi vəziyyətlərin dəyişdirilməsi)
-Alternativ cavab təlimi (xəstələrə yumruq sıxma, toxunma və ya əllə oturmaq kimi digər davranışları məcburi davranışla əvəz etməyi öyrətmək)
 Dismorfofobiyadan əziyyət çəkən şəxslərə kosmetik müalicə tövsiyə edilməmelidir. Bu, demək olar ki, həmişə səmərəsizdir və belə müalicəni həyata keçirən həkimlər hüquqi və fiziki təhdidlər və ya narazı xəstə davranışı riski altında ola bilər.

 

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)