Hippilərə psixoanaltik baxış

     Hippilər

    Hippi- 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxsdir.Hippi sözü ABŞ-da 1960-cı illərin ortalarında meydana çıxmışdır. Hippiləri adətən “freaks” adlandırırlar; yəni “narkotik aludəçiləri”. Hippi sözü böyük ehtimalla hipsterin qısaldılması olan, zənci gettolarında yaşayan “hip”dən gəlmişdir. Hippilərin hər hansı bir siyasi partiya və ya hərəkatla əlaqələri yoxdur. Narkotik maddələr, musiqi və cinsi istək hippi mədəniyyətinin əsasını təşkil edir. Kənd təsərrüfatı yerinə yığıcılıq və bağçılıqla məşğul olaraq, ümumiyyətlə veqan-vegetarian bəslənərək yaşayırdılar.
     “Hippi” sözünün ortaya çıxması 1965-ci il ABŞ-Vyetnam müharibəsi dövrü ilə üst-üstə düşür. Bu dövrdə ABŞ-dakı gənclər orduya getmək istəmirdilər. Dünyaca məşhur boks çempionu Məhəmməd Əli Kley bu dövrdə mətbuat açıqlaması edərək, Vyetnam müharibəsini qınadığını və hərbi xidmətə getməyəcəyini söyləmişdi. O, bu hadisədən sonra 3 il müddətində rinqdən uzaqlaşdırılmışdı. Zənci inqilabçı lider Malkolm X öldürülmüş və zənci birliyinin başına Martin Lüter Kinq gələrək məşhur “Bir xəyalım var” nitqini söyləmişdi. Hippilərin əksəriyyəti həmin illərin, siyasi oyunlarından bezmiş yeniyetmələr və gənclər idi. Onların əsas fəlsəfəsi azadlıq axtarışlarıdır.  Onlar hesab edirlər ki, azadlıq insana xasdır və  yalnız özünə məhdudiyyət qoymayan insan azadlığa nail ola bilər. "Çiçək Uşaqları" kimi tanınan hippilər 1960-cı illərdə ortaya çıxmağa başlasa da, hippi sözünü ilk dəfə San Fransiskolu jurnalist Maykl Fallon işlətmişdir. 
     Onlar sərhədsiz və sevgi ilə yoğrulmuş bir həyatın xoşbəxtlik gətirə biləcəyinə inanır, cinsəlliyi tam şəkildə yaşayır, musiqi həyatlarında əhəmiyyətli yer tutur, insanları məhdudlaşdıran geyim tərzlərindən qaçırdılar.  Hippinin mahiyyəti heç bir şeyə aid olmamaqdır.  Bir sözlə, bacardıqca uzağa getmək, sərhədsiz yaşaya biləcəyin qədər yaşamaq.İnsanın mahiyyətinə nüfuz edən belə bir həyat fəlsəfəsinin onların geyiminə də yansıması qaçılmazdır, lakin bu gün vəziyyət bir qədər fərqli cərəyan edib.  Hippi fəlsəfəsindən xəbərsiz, hippi geyim tərzi ilə gəzən tipləri görə bilərik.  Baş bantları, rəngli və köhnə paltarlar, geyim aksesuarları, büstqalter taxmayan qızlar, saçaqlı çantalar və s. Bir növ passiv müqavimət göstərən hippilər geyim tərzləri ilə bu gün də təsirlərini davam etdirirlər.  Aydındır ki, hippi fəlsəfəsini indiki şəraitdə yaşatmaq mümkün deyil.  İstəməsəniz belə, sistem sizi əhatə edir. Üsyan əksər yeniyetmələri cəlb etsə də, onların heç biri pulsuz yaşaya bilmir, təbii ki, insanların çoxu bunu bilir: hippi asan həyat fəlsəfəsi deyil.  

 

   Hippilərin həyat tərzi

    Hippilər əsasən ağdərili, orta səviyyəli yeniyetmələr və demoqrafların körpə  nəslinə mənsub olan iyirmi yaşlı bir qrup idi.  Onlar özlərini materializm və repressiyaların hökm sürdüyü orta sinif cəmiyyətində yad hiss edirdilər.  Hippilər öz fərqli həyat tərzini inkişaf etdirdilər, bununla da marjinallıq hissi yaratdılar. Hippilər saçları və “psixedik” rənglərdə geyinməyə üstünlük verən özünəməxsus üslubları ilə tanınırdılar.  Bir çox kişi saqqal saxlayır, həm kişilər, həm də qadınlar sandal və muncuq taxırdılar. Bəzi hippilər digər hippilərə xidmət edən kiçik biznesləri inkişaf etdirsələr də, hippilər cəmiyyətdən uzaqlaşaraq müntəzəm iş və karyeralarını tərk etməyə meyl edirdilər. Hippilər zorakılığı rədd edir, məhəbbəti müdafiə edirdilər. Onlar orta səviyyəli cəmiyyətdə gördükləri məhdudiyyətlərə və regimentasiyaya alternativ olaraq açıqlığı və tolerantlığı təbliğ edirdilər.  Hippilər tez-tez açıq cinsi əlaqədə olur və müxtəlif ailə qruplarında yaşayırdılar.  Onlar adətən yəhudi-xristian ənənəsindən kənar mənbələrdən, xüsusən də Buddizm, Hinduizm və digər Şərq dinlərindən və bəzən müxtəlif birləşmələrdə mənəvi rəhbər axtarırdılar. Hippilər, şüurun genişləndirilməsi yolu kimi təcrübəni əsaslandıraraq, halüsinogen dərmanların, xüsusən də marixuana və LSD (lysergic acid diethylamide), istifadəsini təşviq edirdilər. Həm xalq, həm də rok musiqisi hippi mədəniyyətinin ayrılmaz hissəsi idi.  Bob Dylan və Joan Baez kimi müğənnilər və Beatles, Grateful Dead, Jefferson Airplane və Rolling Stones kimi qruplar hərəkatla ən yaxından tanış olanlar arasında idi. Açıq havada musiqi festivalları hippilər üçün kütləvi toplaşmanın başqa bir forması idi, 1967-1971-ci illər arasında ABŞ-da 300-ə yaxın belə tamaşa baş tutdu. 
     1970-ci illərin ortalarında hərəkat zəiflədi və 1980-ci illərə qədər hippilər öz yerini biznesdə karyera qurmaq niyyətində olan və yuppilər (gənc şəhər mütəxəssisləri) kimi tanınan yeni nəsil gənclərə verdilər.  Buna baxmayaraq, hippilər mədəniyyətə təsir göstərməyə davam etdilər, məsələn, cinsi əlaqəyə daha rahat münasibətdə, ətraf mühitə yeni qayğı ilə yanaşmada və s. Onların geyimləri və bəzi vərdişləri əsas mədəniyyətə daxil oldu.

 

    Hippilərin mədəniyyəti

  Hippilərin heç bir siyasi partiya və ya hərəkata aidiyyəti yoxdur. Narkotiklər , musiqi və seksuallıq hippi mədəniyyətinin mühüm hissəsini təşkil edir. Hippiizmdə vegetarian qidalanmaya üstünlük verilirdi . Onların mədəniyyətinin böyük bir hissəsi məclis və festivallardan ibarətdir. Bunların arasında Woodstcok Festivalı və Sevgi Yayı kimi tanınan 1967-ci ilin yay aylarında baş verən hadisələri və festivalları saymaq olar . Sevgi Yayı Amerika tarixində ən mühüm geniş yayılmış ictimai və siyasi toplantılardan biri kimi yadda qalıb. Məşhur yayda 100.000-dən çox insan toplandı və San-Fransiskonun Heyt-Aşberi rayonunda yerləşən kommunalara köçürüldü .Bir hərəkat olaraq araşdırıldığında, hippiizm, xüsusən də psixoanalitik Erik Fromm tərəfindən indiyə qədər ən ardıcıl hərəkət hesab olunur . Çünki “Çiçək uşaqları” azad sevgi və sülh tərəfdarı olmağın bütün tələblərini yerinə yetirərək inandıqlarını yaşamaqdan heç vaxt çəkinməmiş və birlikləri ilə şərti əxlaqın bütün ziddiyyətlərinə qarşı duraraq alternativ həyat tərzi keçirməyi bacarmışlar. . Bu həyat tərzinin ən təəccüblü tərəflərindən biri də kommunalarda yaşayan hippi qruplarının üzvləri bir-bir araşdırıldıqda, heç birinin cibində bir qəpik də olmasa da asanlıqla həyatlarına davam edə bildikləri göstərilir. Onlar əkinçilik əvəzinə toplayıb, bağçılıq etməklə, ümumiyyətlə vegan-vegetarian pəhriz yeyərək həyatlarının davamlılığını təmin edirlər.

 

 

   Hippilər hərəkatına psixoanalitik baxış

     Amerikalı gənc və yeniyetmələrin düşüncələrini təhlil etdikdə şəxsiyyətin sturukturuna nəzər salsaq əsas 3 qüvvə olan eqo, super eqo və idin konfliktinə rast gəlmək mümkündür. Əzablı bir cəmiyyətdə yaşaması nəticəsində onların təbii cazibələri, istək və instinktivləri tormozlanmış beləcə İd və Super-eqo arasında ziddiyət yaranmışdır. Onlar materializmi kəskin tənqid edir, mənəvi azadlığı təbliğ edirdilər. Hippilərdə İd dominant mövqedə idi. Bu onların öz instinktiv ehtiyaclarını həyata keçirmə arzusu, heç bir dəyər mühakiməsini qəbul etməməsi, fərdiyyətçilik və hedonizmə meyldə özünü göstərir. Ancaq təbii ki, idin bütün istəklərinin qarşılanması, tamamilə həzz prinsipi ilə yaşamaq real və mümkün deyildir.
 Lakin hippilərin seksuallıq, azadlıq istəkləri ümumi əxlaqi dəyərlərə və mədəniyyətə qarşı çıxmasına səbəb olmuşdu. Bu həm də super-eqoya qarşı çıxmaq demək idi. Onlar öz arzularını, primitiv istəklərini reallığın tələbləri ilə uzlaşdıra bilmirdilər .

  

 

    Hippilər haqqında ən yaxşı filmlər

      The trip (1967)

       Woodstock

      Easy rider

      Across the universe

      Bırak güneş içeri girsin  ( 1979)

 

 

      Nəticə

   İd, eqo və super-eqo haqqında danışarkən, bunların aydın şəkildə müəyyən edilmiş sərhədlərinin olmadığını xatırlamaq lazımdır. Bu aspektlər dinamikdir və fərdin ümumi şəxsiyyətinə və davranışına təsir etmək üçün həmişə qarşılıqlı əlaqədə olur. Birbirilə rəqabət aparan bu qüvvələr arasında münaqişənin necə yarana biləcəyini görmək asandır.Hippilər cəmiyyətdə mənfi nəticələrə səbəb ola biləcək öz impulsivliklərinə və instinktiv arzularına qarşı çıxa bilmir, reallığın tələblərinə uyğunlaşa bilmirdilər. Bunun səbəbi onların idlərini kontrol edə bilməmələri, super-eqo ilə uzlaşa bilməməsi ilə bağlıdır. 

 

 

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)