Dialektik Davranış Terapiyası

  Dialektik Davranış Terapiyası (DDT) 1980-ci illərdə Amerikalı psixoloq, psixoterapevt Marsha Linehan tərəfindən inkişaf etdirilmiş bir psixoterapiya üsuludur. Marsha Linehan karyerasının başlanğıcında borderline şəxsiyyət pozuntusu olan insanların müalicəsində ciddi çətinliklər yaşandığının fərqinə vardı. Bu insanlar güclü emosional dalğalanmalar yaşayır, tez-tez özlərinə zərər verməyə və ya intihara cəhd etməyə meylli ola bilirlər. Linehan bu şəxslərin yalnız dəyişməyi deyil, eyni zamanda qəbul edilməyi də arzuladıqlarının fərqinə vardı. Bu anlayış DDT-nin təməl konsepsiyalarından biri olan “qəbul və dəyişim arasındakı balans” prinsipini yaratmasına təkan verdi. Linehanın öz şəxsi həyatı da bu prosesə təsir göstərmişdir. Məlumatlara görə həyatının bir dönəmində o, ciddi psixoloji çətinliklər yaşamış, intihara meyilli olmuşdur. Bu təcrübələr onun daha sonra inkişaf etdirdiyi terapiya modellərinə təsir göstərmişdir. Marsha Linehan Vaşinqton Universitetində uzun illər professor olaraq çalışmış, burada psixologiya və davranış elmləri sahələrində tədqiqatlar aparmışdır. O həm klinik psixologiya sahəsində həm də psixoterapiya sahəsində tanınmış bir şəxsdir. 

  DDT-nin inkişaf etdirilməsinin arxasında dayanan əsas səbəb xüsusilə, borderline şəxsiyyət pozuntulu şəxslərin emosional eniş çıxışlarla başa çıxmaqda çətinlik çəkmələri və bu vəziyyətin əksərən intihar cəhdi və ya özünə zərər vermə kimi davranışlalarla nəticələnməsi idi. Linehan bu şəxslərin güclü emosialarını qəbul edərkən eyni zamanda sağlam dəyişikliklər edə bilmə bacarığı qazanmalarını hədəfləyən bir terapiya üsulu yaratdı. DDT adını “dialektik” fəlsəfədən almışdır. Dialektik yanaşma zidd baxışlar arasındakı balansı tapmaq və iki əks düşüncəni bir araya gətirərək bir bütünlük yaratmağı nəzərdə tutur. Bu terapiyada da əsas məqsəd fərdin özünü qəbul etməsi və eyni zamanda dəyişim üçün çalışmasıdır. Bu terpiya üsulu ilk əvvəllər borderline şəxsiyyət pozuntusu olan fərdlərin müalicəsi üçün  tərtib edilsə də, zaman keçdikcə yemə pozuntuları, depresiya, travma sonrası stres pozuntusu və digər impuls kontrol pozuntuları kimi bir çox psixoloji problemlərin mealicəsində effektiv olduğu müşahidə edilmişdir. 
 Dialektik Davranış Terapiyasının dörd əsas komponenti vardır:
1.Emosiaların tənzimlənməsi: Güclü emosional reaksiyaların öhtəsindən gəlmək üçün strategiyalar yaratmağı nəzərdə tutur. Bu, xüsusilə də təşviş, əsəb, depresiya kimi həddindən artıq olan emosiaların idarə edilməsində əhəmiyyətlidir.
2.Qəbul və fərqindəlik (mindfulness): Fərdlərin indiki anda qalmalarına və öz düşüncələrini, duyğularını mühakimə etmədən qəbul etmələrinə yardımçı olur. Burada budist meditasiya texnikalarından ilhamlanaraq bir çox texnikalar yaradılmışdır. 
3.Krizin öhtəsindən gəlmək (Distress Tolerance): Fərdin neqativ hadisələr qarşısında ani reaksiyalar vermək yerinə dözümlülük nümayiş etdirməsini təmin edir. Bundan əlavə kriz anlarında özünə zərər verməyi əngəlləyən strategiyalar öyrətməyi nəzərdə tutur. 
4.İnsanlararası münasibətlər: Sağlam və təsirli kommunikasiya bacarıqları qazandıraraq fərdin digər insanlarla əlaqələrini yaxşılaşdırmağı hədəfləyir. 
 Dialektik Davranış Terapiyası fərdi terapiya seansları, qrup bacarıqlar təlimi və telefonla konsultasiya kimi fərqli fərqli formatlarda tətbiq olunur. Terapevt , fərdin özünü qəbul etməsi və eyni zamanda dəyişim üçün gərəkli olan addımları atmasına dəstək olur. Ümumi olaraq qiymətləndirsək, Dialektik Davranış Terapiyası klientin həm özü ilə barışıq olmasını hə də özü üçün müsbət addımlar atmasını təmin etməyi hədəfləyən bir terapevtik yanaşmadır. 
 
Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)