Depressiya

       Depressiya nədir ?

   Depressiya psixi sağlamlıq vəziyyətlərinin ən çox yayılmış növlərindən biridir və tez-tez narahatlıqla yanaşı inkişaf edir. Depressiya yüngül və qısamüddətli və ya ağır və uzunmüddətli ola bilər. Bəzi insanlar depressiyadan yalnız bir dəfə təsirlənir, bəzi insanlar isə bunu dəfələrlə yaşaya bilərlər. Depressiya fərdlərin özlərini psixoloji cəhətdən yaxşı hiss etmədiyi,çox uzun müddət davam edə bilən və gündəlik həyata təsir edə bilən psixolojik bir xəstəlikdir. Depressiya diaqnozunun qoyulması üçün simptomlar ən az iki həftə davam etməli və insanın əvvəlki fəaliyyət səviyyəsində dəyişiklik olmalıdır. Depressiya uzun müddət davam edərsə , intihara səbəb ola bilər, lakin müvafiq dəstək verildikdə bunun qarşısını almaq olar. Bilmək vacibdir ki, intihar haqqında düşünən gənclərə kömək etmək üçün çox şey etmək olar.

 

     Depressiyaya səbəb olan nədir ?

   Depressiya zorakılıq, məişət zorakılığı, məktəbdə zorakılıq, ailənin dağılması və ya ölüm  kimi vəziyyyətlərə  reaksiya olaraq baş verə bilər. Kimsə uzun müddət stress keçirdikdən sonra depressiyaya düşə bilər.

 

     Depressiyanın hansə növləri var ?

  Əksər xəstəliklərdə olduğu kimi, depressiyanın da müxtəlif növləri var.
• Major depressiya;
Depressiyanın ən çox rastlanan və ən tipik olan növüdür. Tək bir simptomu belə həftələr və ya illərlə davam edə bilər və həmçinin fərqli əlamətlər göstərə bilər. Ancaq hər zaman iki həftədən çox davam edir. Major depressiya, depressiyanın növləri arasında ən ağırı olaraq qiymətləndirilir. Major depressiyanın öz özlüyünə düzəlməsi mümkün deyil.
• Katatonik xüsusiyyətli major depressiv pozulma; motor davranış pozuntularını və digər simptomları ehtiva edən nadir, lakin ağır depressiya formasıdır. 

  Fərdlərdə katatonik depressiya
• Əsassız əzələ hərəkətləri
• Qeyri-adi bədən mövqeyi
• Başqalarının sözlərini və ya hərəkətlərini təkrarlamaq
• Heç danışmamaq kimi xüsusiyyətləri ilə özünü göstərir.

    Distimiya depressiya
Distimiya xroniki, lakin yüngül depressiya növüdür. İnsanlar ən azı iki il ərzində zamanın yarısından çoxunu özlərini depressiyada hiss edər və ya hər zaman etdikləri fəaliyyətlərdə və əyləncələrdən normal hallarına görə daha az zövq alarlar. Bu növûn əsas xüsusiyyəti xroniki olmasıdır.


   Doğuşdan sonrakı depressiya:

  Adətən doğumdan sonra 2-8-ci həftələrdə başlayır və ən azı iki həftə, ən çoxu isə bir il davam edir. Doğuşdan sonrakı depressiya yorğunluq və yuxusuzluqla özünü göstərir.
 Postpartum depressiyanın digər əlamətləri bunlardır:
• Fəaliyyətlərə marağın azalması
• İştahın dəyişməsi
• Yorğunluq
• Yuxu pozuntuları 
• Uşağın qayğısına qalmaqda çətinliklər
• Günahkarlıq hissi
• Özünə inamın aşağı olması
• Diqqəti cəmləməkdə çətinlik
Müalicə görməyən qadınlarda doğuşdan sonrakı depressiya üç aydan bir ilə qədər öz-özünə yox olur.
   

     Mövsümi depressiya: 
Bu, atipik depressiyaya bənzəyir və iqlim dəyişikliyi səbəbindən mövsümi olaraq baş verir. Depressiya mövsümü mərhələsi başa çatdıqdan sonra insanlar adətən sağalır və normal fəaliyyətlərini bərpa edirlər.


  Atipik depressiya: atipik depressiyaya sahib olan İnsanlarda ani emosional dəyişikliklərlə yanaşı ;
• İştahın artması
• Bir kilo ağrı
• Həddindən artıq yuxu
• Qol və ayaqlarda ağırlıq hissi
• Rədd edilmə qorxusu və tənqid ən çox görülən əlamətlərdir.

    

    Depressiyanın əlamətləri

  Depressiya prosesində bir çox simptomlar müşahidə edilə bilər ki, bu da insan həyatı boyunca bir və ya bir neçə dəfə baş verə bilər. Depressiyanın əlamətlərinə aşağədakəlar daxildir :

·        Vaxtilə həzz almış olduğu fəaliyyətlərə maraq və həzzin itirilməsi

·       Pəhrizlə əlaqəsi olmayan çəki itkisi və ya çəki artımı

·          Çox yatmaq və ya yatmaqda çətinlik çəkmək

·            Enerji itkisi

        Özünü pessimist və ya çarəsiz hiss etmək

·           Bədbəxtlik duyğusu

·          Dəyərsizlik duyğusu

·          Hərəkətsiz otura bilməmək, əlləri sıxmaq kimi məqsədsiz fiziki fəaliyyətin artması və ya yavaş hərəkətlət.

·           Deməkm olar ki, hər şeydə özünü günahkar hiss etmək

·          Düşünmək və qərar qəbul etməkdə çətinlik çəkmək

·         Təkrərlanan ölüm və intihar düşüncələri

·          Cinsi istək itkisi

·          Özünə hörmətin azalması

·         Gələcək gözləntilərinin olmaması

 

 Depressiya diaqnozunun qoyulması üçün simptomlar ən az iki həftə davam etməli və insanın əvvəlki fəaliyyət səviyyəsində dəyişiklik olmalıdır. Bu simptomların böyük bir qismi depressiyadan əziyyət çəkən insanlarda müşahidə olunur. Depressiya əlamətləri xəstənin daim yeni problemlər yaratmasına və xəstənin gündəlik həyatına nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərməsinə səbəb ola bilər.

 

      Depressiyada olan biri özünü necə hiss edir ?
  Depressiya əlamətlərinin gedişatı və şiddəti insandan insana dəyişir. Depressiyada olan insan özünü kədərli, ümidsiz, hiss edə və əvvəllər həzz aldığı şeylərə marağını itirə bilər.Depressiyadan əziyyət çəkən insanlar həddindən artıq yorğunluq, acizlik və kədər hiss edirlər. Bundan ələavə insanın iş həyatı, ictimai və ailə həyatıda təsirlənir. Depressiyaya düşən insanlar daim təklikdə hiss edir, hər şeyi mənfi qəbul edir, hadisələrə mənfi baxırlar. Keçmişdə baş verənlərə görə daim özünü günahlandırır və məsuliyyət daşıyırlar. Onlarda gələcəklə bağlı bədbinlik və ümidsizlik olur.

 

     Uşaqlarda və yeniyetmələrdə depressiya 
  Depressiya uşaqlarda və yeniyetmələrdə uzun müddət davam edən bədbəxtlik və ya əsəbilik kimi özünü göstərə bilər. Yaşlı uşaqlar və yeniyetmələr arasında olduqca yayğındır, lakin insanlar çox vaxt bunun depressiya olduğunun fərqinə varmirlar. Bəzi uşaqlar özlərini “bədbəxt” və ya “kədərli” hiss etdiklərini söyləyə bilər. Depressiya keçirən uşaqlar və yeniyetmələr özlərinə daha çox zərər vurma riski altındadırlar, ona görə də  bu cür reaksiyalar həmişə ciddi qəbul edilməlidir.Uşağın kədərli görünməsi onun depressiyaya düşməsi demək deyil. Ancaq kədər davamlı olarsa və ynormal sosial fəaliyyətlərə, maraqlara, məktəb işlərinə və ya ailə həyatına təsir edərsə, bu zaman onların psixi sağlamlıq mütəxəssisinin dəstəyinə ehtiyacı ola bilər. Unutmayın ki yalnız həkim və ya psixi sağlamlıq mütəxəssisi depressiya diaqnozunu qoya bilər, ona görə də uşağınız üçün narahat olduğunuz halda həkiminizdə məsləhət istəməkdən çəkinməyin.

 

Xidmətlər

Xidmətlərimizdən faydalanın

Ailə psixoterapiyası

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.

ART terapiya

Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.

MAK (Metaforik Assosiativ Kartlar)

Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir

Uşaq Psixologiyası

Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.

Koqnitiv Bihevioral Terapiya (CBT)

Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.

Komandamız

Profesional psixoloqlarımızla tanış olun

Direktor

Mədinə Yolçiyeva

Uşaq ve yeniyetmələr üzrə psixoloq

Şahnaz Sultanlı

Ailə danışmanı

Xatirə İbrahimova

Uşaq və yeniyetmələr üzrə psixoloq

Nigar Muradova

Zəng edin

(+99450) 227 04 40

Email

info@epm.az

Ünvan

Nizami küçəsi 48 (Central Baku restoranı ilə üzbəüz)