Ailə psixoterapiyası
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Daun sindromu insanın 21-ci xromosomunda yaranan uyğunsuzluqla əlaqədar olaraq yaranan genetik bir xəstəlikdir. İnsan orqanizmi 46 xromosomdan ibarətdir. Lakin daun sindromlu uşaqlarda xromosom sayı 47 olur. Bu isə uşağın həm fiziki, həm də zehni inkişafında pozğunluqlarla nəticələnir.Dünya statistikasına nəzər yetirsək, hər 800-1000 uşaqdan biri bu sindromla dünyaya gəlir. Umumilikdə, daun sindromu da 3 növə ayrılır:
✓ Birinci və ən çox müşahidə edilən növü- Trisomiya 21ci xromosama aid olan 2 deyil üç kopyanın daşınması halıdır. Bu pozuntunun hansı səbəbdən baş verdiyi dəqiq bilinmir. Hər bir yeni doğulan körpədə bu hal müşahidə oluna bilər. Trisomiya 21, daun sindromlu insanların 90-95% -ni təşkil edir.
✓ Daun sindromunun ikinci növü- hər hansı bir valideyndən irsi olaraq keçən translokasiya adlanan genetik bir xəstəlikdir. Translokasiya daun sindromlu xəstələr arasında 3% – 5% arasında görülən bir növüdür. Ana daşıyıcıdırsa, körpənin daun sindromla doğulma ehtimalı 20%, atanın daşıyıcıolduğu halda bu nisbət 2% ilə 5% arasındadır.
✓ Üçüncü növ isə mozain daun sindromu adlanır və çox nadir görünən növü sayılır.
Daun sindromunun əlamətləri:
Daun sindromunun 50-dən artıq klinik əlamətləri vardır. Ancaq bir şəxsdə bu əlamətlərin hamısı, yaxud əksəriyyətinin müşahidə edilməsi nadir hallarda mümkün olur. Bəzi ümumi əlamətlərin sırasına aşağıdakıları daxil etmək olar:
✓ Əzələlərin zəifliyi:
✓ Gözlərinin daxili bucaqlarında çuxurları (epicantal çuxurlar) olan və çəp baxan gözlər;
✓ Aşırı elastiklik (ətrafların istənilən istiqamətlərə yönəldilməsi ilə
bağlı aşırı qabiliyyət);
✓ Gödək, enli əllərin birində, yaxud hər ikisində ovuc içi uzunu görünən bir qırış xətti;
✓ Balaca barmaqları olan enli ayaqlar;
✓ Yastı burun;
✓ Balaca, aşağıya əyilən qulaqlar;
✓ Gödək boyun;
✓ Balaca baş;
✓ Balaca ağız;
✓ Körpənin qısa-qısa və uca səslə ağlaması.
Daun sindromu olan şəxslər, adətən, əlil olmayan yaşıdlarından boyca qısa olurlar və onların fiziki inkişafı intellektual inkişafları ilə müqayisədə daha lang gedir. Daun sindromu olan uşaqların fərqli xarici görünüşlərindən əlavə, sağlamlıqla bağlı spesifik problemləri də olur. İnfeksiyalara qarşı müqavimətlərinin azlığı bu uşaqların tənəffüs xəstəliklərinə asanlıqla yoluxmasına səbəb olur. Daun sindromu olan uşaqlarda göz çəpliyi, yaxındangörmə, uzaqdangörmə əlamətləri daha tez-tez müşahidə olunur. Bu sindrom ilə doğulan körpələrin təxminən üçdə bir hissəsi ürək çatışmamazlıqlarından əziyyət çəkirlər. Ancaq bunların çoxu hazırda uğurla müalicə oluna bilirlər. Bəzilərinin anadangəlmə mədə-bağırsaq traktı ilə bağlı problemləri olur ki, bunları da cərrahiyyə yolu ilə aradan qaldırmaq mümkündür.Daun sindromu olan bəzi adamlar vardır ki, onlar "Atlantoaksik Sabitsizlik" adlanan bir vəziyyətdə olurlar. Bu, onların boynundakı iki üst fəqərənin bir-birinə uyğunsuzluğu ilə bağlı olan problemdir. Boyunlarını ifrat dərəcədə ora-bura əymək məcburiyyətində olduqları fəaliyyətlərdə iştirak etdikləri zaman yarana bilən vəziyyət, həmin şəxsləri yol verilən hərəkətlər nəticəsində asanlıqla zədələnmələrə mə- ruz qoya bilər. Valideynlərə, öz uşaqlarını həkim müayinəsindən keçirərək onların boyunlarına ağırlıq düşən idmandan, yaxud hansısa başqa fəaliyyətlərdən azad edilməli olub-olmadıqlarını aydınlaşdırmaları tövsiyə olunur. Fəqərələrin uyğunsuzluğunun potensial olaraq ciddi bir vəziyyəti əks etdirdiyinə baxmayaraq, müvafiq tədbirlərin görülməsi ciddi xəsarətlərin qarşısını ala bilər. Daun sindromu olan uşaqlar yaşa dolduqca kökəlməyə meylli olurlar. Bu çəki artımı mənfi mənəvi yük olmaqla bərabər, artıq dərəcədə kökəlmə həmin şəxslərin sağlamlığını da təhlükə altına alaraq, ömürlərinin qısalmasına səbəb ola bilir. Pəhrizə riayət edilməsi və müəyyən idman hərəkətləri həmin problemin zəiflədilməsinə yardım göstərə bilər.
Daun sindromu diaqnozu təsdiq edildikdən dərhal sonra valideynlərə, öz övladlarını erkən uşaq müdaxilə proqramlarına və yaxud yaxında olan icma əsaslı reabilitasiya mərkəzlərinə cəlb etmələri tövsiyə olunur. Bu proqramlar övladlarına dil, idrak, özünəyardım və ünsiyyət qurma ilə bağlı qabiliyyətləri öyrətmək, onların lazımı hərəkətlərinin cilalanması üçün müvafiq idman məşğələlərini həyata keçirmək üçün valideynlərə xüsusi təlimatlar təklif edir. Araşdırmalar uşağın erkən inkişaf mərhələsi zamanı həvəsləndirilməsinin onun inkişaf şansları və potensialının tam ölçüdə gerçəkləşməsini səfərbər etdiyini göstərir. Davamlı təhsil, ətrafdakı insanların müsbət münasibəti, həvəsləndirici ev mühiti də uşağın ümumi inkişafına yardım edən amillər sırasında qeyd olunur. Tipik inkişaf edən uşaqlarda olduğu kimi, Daun sindromlu fərdlər arasında da əqli, davranış qabiliyyətlərinin inkişaf göstəriciləri xeyli dərəcədə fərqli olur. Onlarda əqli inkişafdan geri qal- ma səviyyəsi zəif dərəcədən kəskin dərəcəyədək, əksəriyyətində isə zəif və mülayim dərəcələr arasında dəyişə bilir. Məhz bu fərqliliklərə görə, Daun sindromlu uşaqların gələcək uğurlarını öncədən proqnozlaşdırmaq mümkün deyil.Daun sindromlu uşaqların qabiliyyətlərində fərqlilik göstəricilərini nəzərə alaraq ailələr və məktəbin təhsil kollektivinin bütün üzvləri xidmətləri məhz fərdi qabiliyyətlər üzərində təşkil etməlidirlər. Tapşırıqların mərhələlər üzrə tədrisi, bu zaman keçilən dərslərin təkrarlanaraq möhkəmləndirilməsinin və şagirdlərdən dərsin soruşulmasının uğur gətirdiyi sübuta yetirilmişdir. Əlil şəxslərin ictimaiyyət tərəfindən normal şəkildə qəbul edilməsi, yetkinlik yaşında olan əlillər üçün cəmiyyətdə müstəqil olaraq yaşamaq və işləmək imkanlarının artırılması Daun sindromlu şəxslər üçün də nəzərdə tutulan məqsədləri genişləndirmişdir. Reabilitasiya, gündəlik qayğı mərkəzlərinin əlillikləri olan şəxslər üçün dəstəkverici xidmətlərin əhəmiyyətli qaynaqlarını təşkil etdiyi də, artıq məlum bir həqiqətdir.
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.
Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir
Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.
Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.
Direktor
Uşaq ve yeniyetmələr üzrə psixoloq
Ailə danışmanı
Uşaq və yeniyetmələr üzrə psixoloq