Ailə psixoterapiyası
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Bu sindrom ilk dəfə psixiatr Nils Bejerot tərəfindən təsvir edilmiş və adını 1973-cü ildə İsveçin paytaxtı Stokholmda baş verən hadisədən götürmüşdür. Hadisə bank soyğunçusu ilə girov götürülən şəxslər arasında baş verib. Bankı soyan şəxs 4 insanı 6 gün girov saxlayır. Bu proses zamanı cinayətkarla girov götürülən şəxslər arasında emosional əlaqə yaranır. Bu səbəbdən girovların əsir götürənlərin emosiyalarını özününkü kimi başa düşməsi, sonra isə cinayətkarlara kömək etməyə çalışması və sonda bir bağ yaranması kimi izah edilir. Stokholm sindromu girovun onu əsir götürən şəxslə vaxt keçirdikdən sonra emosional simpatiya və empatiya inkişaf etdirdiyi psixoloji vəziyyəti təsvir edən bir termindir. Stokholm sindromuna görə, qurbanı olan fərdlər təhdid, zorakılıq və azadlıqlarını boğaraq onlara güclü stress yaradan şəxslərin perspektivi ilə maraqlana bilər. Beləliklə, onlar öz prizmasından artıq “qurban” mövqeyində olmadıqlarını düşünürlər. Onların keçdiyi proses birdən-birə qanuni və düzgün bir prosesə çevrilir və onlara məhəl qoymayan insan hətta qurbanın düşüncəsində onun xilaskarına çevrilir.Stokholm sindromunun ən çox görülən əlaməti qurbanların kiçik bir yaxşılıq gördükdə belə, yaxşılıq edən insana minnətdarlıq hissi keçirmələridir. Məzlum insanlar vəziyyətlərinə görə özlərini günahlandırırlar. 1973-cü ilin avqustunda “Sveriges Kreditbank”-ın dörd əməkdaşı altı gün ərzində bankda girov saxlanılır. Qarşıdurma zamanı cinayətkarla əsirlər arasında bir bağlılıq yaranır. Girovlardan biri İsveçin baş naziri Olof Palme ilə telefon danışığı zamanı onu əsir götürənlərə tam etibar etdiyini, lakin polisin binaya hücumu nəticəsində öləcəyindən qorxduğunu bildirib.
Stokholm sindromu (ing. Stockholm Syndrome) — populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi zamanı qurbanla təcavüzkar arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı tərənnüm edir. Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər. Sindromu tədqiq edən psixoloqlar hesab edirlər ki, bu bağ əvvəlcə təcavüzkarın əsiri həyatı ilə təhdid etdiyi və sonra əsiri öldürməmək qərarına gəldiyi zaman yaranır. Əsirin ölüm təhlükəsini aradan qaldırmaq rahatlığı, ona həyat verdiyinə görə cinayətkara minnətdarlıq hissinə çevrilir. Stokholm bankının soyğunçuluğu hadisəsinin göstərdiyi kimi, bu bağın möhkəmlənməsi üçün cəmi bir neçə gün lazımdır ki, qurbanın sağ qalmaq arzusu, vəziyyəti yaradan şəxsə nifrət etmək istəyindən üstündün olur. Yaşamaq instinkti Stokholm sindromunun mərkəzində dayanır. Qurbanlar məcburi asılılıq şəraitində yaşayırlar və dəhşətli şəraitin ortasında nadir və ya kiçik xeyirxahlıqları yaxşı rəftar kimi şərh edirlər. Onlar tez-tez əsir götürənlərin ehtiyac və tələblərinə qarşı həddindən artıq ehtiyatlı olurlar, onları əsir götürənlərin xoşbəxtliyi ilə öz xoşbəxtlikləri arasında psixoloji əlaqə yaradırlar.Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər. 21-ci əsrdə psixoloqlar Stokholm sindromu haqqında anlayışlarını girovlardan tutmuş digər qruplara, o cümlədən ailə- məişət zorakılığı qurbanlarına, hərbi əsirlərə, muzdlu fahişələrə və zorakılığa məruz qalan uşaqlara qədər genişləndirdilər. Stokholm sindromu əsirlik və ya zorakılıq vəziyyətlərinin öhdəsindən gəlmək üçün bir mexanizmdir, populyar psixologiyaya aid termin olaraq insan oğurluğu və ya zorakılıq tətbiqi zamanı qurbanla təcavüzkar arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı tərənnüm edir. Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər. Zaman keçdikcə insanlar onları ələ keçirənlərə və ya zorakılığa məruz qalanlara qarşı müsbət hisslər inkişaf etdirirlər. Bu vəziyyət uşaq istismarı, məşqçi-idmançı sui-istifadəsi, münasibətlərdə zorakılıq və seks alveri daxil olmaqla vəziyyətlərə aiddir. Müalicəyə psixoterapiya (“danışıq terapiyası”) və zəruri hallarda dərman preparatları daxildir.Stokholm sindromu bir çox ölkədə təzyiqə məruz qalan və ya qaçırılan fərdlərlə onları əsir götürən insanlar arasında bağlılıq müşahidə edilən bir xəstəlik olaraq təyin olunur. Stokholm Sindromu, gündəlik həyatda tez-tez eşidilən, lakin haqqında çox şey bilinməyən, nəzərə alınması lazım olan əhəmiyyətli bir məsələdir. İnsanın onu qurban edənə necə heyran ola biləcəyi deyilən bu məqam əslində fərdin müdafiə sisteminin psixoloji bir hissəsinə çevrilib.Stokholm sindromunun simptomları insanların yaşadıqları vəziyyətlərindən asılı olaraq dəyişə bilər. Ancaq ən çox müşahidə edilən əlamətlərdən biri də insanların öz fikirlərini deyil, onları çətin vəziyyətə salan və onlara əzab verənlərin fikirlərini mənimsəməsi və bu düşüncələri özlərininki kimi qəbul edib müdafiə olunmalarıdır. Stokholm sindromunun müalicəsi geniş müalicə prosesini mənimsəyən psixoloji bir vəziyyətdir. Zərər çəkmiş şəxslər,onlara zorakılıq edənlərə özlərini yaxın hiss etdikdə və ya həmin insanlarla olan emosional yaxınlıq səbəbindən onlara olan rəğbətdir. Stokholm sindromu zərər çəkmiş olsalar da zalımın yanında dayanan,zülm edənə olan sevgidir. Bu sindromun əlamətlərindən:
-Kiçik bir yaxşılıq üçün belə dərin minnətdarlıq
-Zorakılığı və zorakılıq hədələrini qəbul etməmək
-Sui-istifadəyə görə özünü günahlandırmaq meyli.
-Şiddətli davranışdan təsirlənməmək üçün təcavüzkarı razı salmağa çalışmaq.
-Dünyanı sui-istifadə edənin gözü ilə qiymətləndirmək, öz mövqeyinə məhəl qoymamaq.
-Təcavüzkarı yaxşı insan kimi düşünmək və ya ona qurban kimi baxmaq.
-Təcavüzkarın onları öldürmədiyinə görə minnətdarlıq hissi.
Stokholm sindromundan asılılığı necə müalicə etmək olar?
Stokholm sindromunun müalicəsi geniş bir müalicə prosesindən ibarətdir. Zərər çəkmiş insanlara kömək etmək son dərəcə vacibdir, çünki onlar sui-istifadə edənlərin hisslərini başa düşməyə başlayırlar və sonra həmin insanlara kömək etməyə çalışırlar və nəticədə onlarla eyniləşirlər. Müalicə prosesində ilk addım insanların yaşadığı travmanın izlərini yüngülləşdirməyə çalışmaq olacaq. Buna görə də, stress pozğunluğu üçün terapiya , məsləhət və ya psixoloji dəstək, narahatlıq və depressiya kimi problemləri həll etməyi hədəfləyən müalicə üsullarına tətbiq edilə bilər. Uzunmüddətli psixoterapiya müalicəsi fərdlərin sağlamlığına töhfə verə bilər.Bu müalicə prosesində psixoloqlar və psixoterapevtlər nə baş verdiyini, nə üçün baş verdiyini və prosesin hansı mərhələlərdən ibarət olduğunu izah edərək müalicə prosesi boyunca insanlara məlumat verirlər.Bu yolla insanlar sağlam mübarizə mexanizmlərini inkişaf etdirirlər. Tədqiqatçılar güman edirlər ki, stokholm sindromu əslində psixoloji pozuntu və ya xəstəlik deyil ,əslində insanın psixikaya travma yetirən hadisəyə normal reaksiyasıdır. Stokholm sindromu ruhi xəstəliklərin təsnifatının beynəlxalq sistemlərinin heç birinə daxil edilməyib.
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.
Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir
Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.
Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.
Direktor
Uşaq ve yeniyetmələr üzrə psixoloq
Ailə danışmanı
Uşaq və yeniyetmələr üzrə psixoloq