Ailə psixoterapiyası
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
İntihar qəsdən insanın öz ölümünə səbəb olmasıdır.Psixi pozğunluqlar -o cümlədən depressiya, bipolyar pozğunluq, şizofreniya, şəxsiyyət pozğunluğu ,diqqət çatışmazlığı,idrak pozğunluğu,fiziki pozğunluqlar (xroniki yorğunluq sindromu kimi) və maddələrdən sui-istifadə,alkoqolizm risk faktorlarıdır. Bəzi intiharlar stress (maliyyə və ya akademik çətinliklər kimi), münasibət problemləri (ayrılıqlar və ya boşanma kimi) və ya təqib və zorakılıq səbəbindən meydana gəlir.Əvvəllər intihara cəhd edənlər gələcəkdə bu cəhdlər üçün daha yüksək risk altındadırlar. Effektiv intihar qarşısının alınması tədbirləri odlu silahlar, dərmanlar və zəhərlər kimi intihar üsullarına çıxışın məhdudlaşdırılmasını əhatə edir.Psixi və maddə asılılığının müalicəsi, sosial medianın intiharla bağlı xəbərləri,iqtisadi şəraitin yaxşılaşdırılması və davranış terapiyası intihar cəhdlərinin azalmasına kömək ola bilər. Latınca suicidium sözündən götürülmüş intihar "öz həyatına qəsd etmək aktıdır". İntihara cəhd və ya ölümcül olmayan intihar davranışı, ən azı ölümlə nəticələnməyən həyatına son qoymaq arzusu ilə özünə xəsarət yetirməyə bərabərdir. Yardımlı intihar, bir fərd digərinə məsləhət və ya məqsədə çatmaq üçün vasitələr təqdim etməklə dolayı yolla o insanı sehv yola yönəltdikdə baş verir-burda başqa bir şəxs bir insanın ölümünə səbəb olmaqda daha fəal rol alır.İntihar düşüncəsi insanın həyatına son qoyma düşüncələridir.İntihara meyllilik adətən “ intihar düşüncəsi , niyyəti ilə ifadə olunan, xüsusilə də yaxşı işlənmiş intihar planının mövcudluğunda özünü göstərən intihar riski" kimi müəyyən edilir.
“Amerika Psixoloji Dərnəyi “ intiharı cinayət hesab etdiyi üçün və intihardan qaçınmaqdan ötrü bir termin kimi “intiharı” siyahıya alır.Bəzi müdafiə qrupları intihar əvəzinə özüne qəsd elədi,həyatına son qoydu, kimi cumlələrlə bu termini əvəz edirlər. İntiharın cinayət, günah və ya əxlaqi cəhətdən yanlış olduğunu nəzərdə tutan iddialar da var.
Yeniyetmələr niyə intihara cəhd edirlər?
İntihar cəhdindən sonra müsahibə verən yeniyetmələrin əksəriyyəti bunu idarə etməyi qeyri-mümkün görünən bir vəziyyətdən qaçmağa və həqiqətən pis fikir, hisslərdən qurtulmağa çalışdıqları üçün etdiklərini deyirlər.Onlar baş verənlərdən qaçmaq istədikləri qədər ölmək istəmirlər.Sadəcə o anda ölüm yeganə çıxış yolu kimi görünür.İntihara cəhd edən bəzi insanlar rədd edilmə, incinmə , itki hisslərindən qaçmağa çalışırlar. Digərləri bir şeyə görə özlərini qəzəbli, utancaq , günahkar hiss edə bilərlər. Bəzi insanlar dostları , ailə üzvlərini məyus etməkdən narahat ola bilərlər. Digərləri isə özlərini istənməyən, sevilməyən, qurban , başqaları üçün yük kimi hiss edə bilərlər.Biz hamımız özümüzü bəzən çətin emosiyalar ,vəziyyətlər səbəbindən həddən artıq yüklənmiş hiss edirik. Bir çox yeniyetmələr bunun öhdəsindən gələ bilir,qətiyyət və ümidlə yaşamağa davam etmək üçün bir yol tapa bilirlər.Bəs niyə bir insan intihara cəhd edir, amma eyni çətin vəziyyətdə qalan digəri intihara cəhd etmir? Bəzi insanları digərlərindən daha möhkəm edən,həyatın uğursuzluqları və çətinliklərinin öhdəsindən daha yaxşı gəlməsini bacarmağı nədəndir? İnsanı pis vəziyyətdən intihar etməkdən başqa çıxış yolu görməyə vadar edən nədir? Bu sualların cavabı budur ki, intihar nəticəsində ölən insanların çoxu depressiyadan ,onları risk altına qoyan digər emosional və ya psixoloji amillərdən əziyyət çəkir.İnsanın intiharı düşünməsi ilə bağlı bildiyimiz yanlış və dogrular:
Mif: İntihar edənlər mütləq ruhi xəstədirlər.
Fakt: İntihar edən insanlar depressiyada, ümidsiz və tənha olurlar.
Mif: Ciddi insanlar intihardan danışmırlar.
Fakt: Çoxları danışır və ipucu verir. İntihar edəcəyini deyən hər gənc intihar etməz, amma intihar haqqında çox danışarsa buna ciddi yanaşmaq və tədbir görmək lazımdır.
Mif: İntiharla hədələyən şəxs əslində bunu etmir.
Fakt: Hər danışan gənc bunu etmir, amma intihar edənlər niyyətlərini bildirirlər.
Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir.
Art-terapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür.
Müxtəlif həyat vəziyyətləri, personajlar, əşyalar və heyvanlar olan şəkillərdir
Psixologiyanın çoxsaylı sahələrindən biri olub ən çox öyrənilən ixtisas sahəsidir. Psixologiyanın bu qolu, prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir.
Düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.
Direktor
Uşaq ve yeniyetmələr üzrə psixoloq
Ailə danışmanı
Uşaq və yeniyetmələr üzrə psixoloq